hindistan plovu

Dünyaca məşhur 12 ləziz yemək

Baxış sayı: 1. 404

Bir neçə ölkə var ki, onların adlarını çəkmədən sadəcə yeməklərinin adını söyləyərək hansı ölkədən söhbət getdiyini bilə bilərik. Məsələn, suşi deyən kimi ağlımıza ilk olaraq Yaponiyanın gəldiyi kimi. Bəzi ölkələr də var ki, onların mətbəxləri digər ölkələrin mətbəxi ilə çox yaxındır. Cənubi Amerika ölkələri də buna misal ola bilər. Həddindən artıq zəngin mətbəxə sahib Çin ya da çox kasıb mətbəxi olan ölkələr də var.

Dünya mətbəxinin qazanını qarışdıraq görək bizim çömçəmizə nə düşür?

 

1) Faxita (Meksika)

Faxita yeməyinin tarixi 1975-ci illərə qədər uzanır, daha sonralar bu yemək Meksikanın məşhur yeməyinə çevrilir. Toyuq, yaxud dana ətindən hazırlanan bu yemək tortilya (lavaş) ilə servis edilir. Yeməyi rəngarəng edən isə içərisindəki rəngli bibərlər, pomidorun və kahının cəlbedici rəngləridir. Yeməyin əsl reseptində bunlardan əlavə qaymaq və pendir də mövcuddur.

2) Sufle (Fransa)

Bütün dünyada sevilən bu şirniyyatın ən məşhur və dadlı olduğu yer Fransadır. Yumşaq keks və içindəki əriyən şokolad görüntüsü ilə çox sadə görünsə də, hazırlanması olduqca çətin olan sufle ayrı bir aləmdir.

3) Falafel (İsrail)

Görüntüsü ilə kiçik küftələrə bənzəyən, proteinlə zəngin olan falafelin əsas inqrediyenti noxuddur. 1950-ci illərdə yol kənarlarında səyyar olaraq satılan bu yemək sonradan İsrailin milli yeməyinə çevrilib. Tərkibində tahin, soğan, göyərti olan bu yemək daha çox sarımsaqlı qatıq ilə yeyilir.

4) Pelmeni (Rusiya)

Pelmeni Rusiyanın milli yeməklərindən biridir. Xəmir yeməyi olan pelmeninin içərisinə ət, göbələk yaxud kartof içliyi qoyulur. Növbənöv ədviyyatlarla, bibər eləcə də soğanla zənginləşdirə biləcəyiniz içliyi var.

Rusiyanın bütün restoranlarında bu yeməyi tapa bilərsiniz və hər rus ailəsinin bu yemək üçün müxtəlif reseptləri var.

5) Musakka (Yunanıstan)

Musakka ən tanınmış yunan yeməyidir – qoyun əti, dilim badımcanlar üzərində yağ, un və süddən hazırlanmış  sous olan bu yemək qızılı rəng alana qədər bişirilir. Bəzən qoyun ətini dana əti, badımcanı isə kartof əvəz edə bilir.

Yunanlar bu yeməyi türklərdən , türklər isə ərəblərdən öyrəniblər. Xüsusi qonaqların gəlişi üçün hazırlanan özəl bir yeməkdir.

6) Suşi (Yaponiya)

XVIII əsrdən etibarən yapon mətbəxinin əvəz edilməzi olan suşi! Ölkəmizdə də son illər çox dəbdə olan və sevilən suşi çeşidlərinə görə, müxtəlif növ qidalanma tərzi seçən insanlara uyğundur. Belə ki, vegetarian və veqan həyat tərzi sürən insanlar üçün də suşi reseptləri mövcuddur.

7) Nudl (Çin)

Nudl, yaxud Çin əriştəsi – su, paxlalılar və kartofdan hazırlanır. Şorbalarda və soyuq salatlarda istifadə olunur.

Bişirilərkən soya, çili, balıq sousları və.s əlavə edilə bilər. Nudl Malaziya, Tibet, Pakistan, İndoneziya, Vyetnam, Yaponiya, Koreya kimi ölkələrdə də sevilən bir yeməkdir.

8) Pitsa (İtaliya)

Yəqin ki, pitsasız bir İtaliya təsəvvür etmək olmaz. Əslində günümüzdə pitsasız bir həyat da təsəvvür etmək elə də asan deyil. Ustalıqla hazırlanmış xəmirinin üstündəki zəngin ət və tərəvəz çeşitləri, sousları və pendiri ilə çoxlarının əvəzedilməzi – pitsa!

Bəs siz “Marqaritta” pitsasının İtaliya bayrağını əks etdirdiyini bilirsiniz? Rənglərə diqqət edərkən bunu anlamaq elə çətin olmur: qırmızı pomidorlar, ağ motsarella pendiri və yaşıl reyhan!

9) Borş (Ukrayna)

Qış aylarının möcüzəsi! Müxtəlif növ tərəvəzlərdən əsas çuğundur və kələmin üstünlüyü ilə hazırlanır. Bəzi bölgələrdə qoyun, dana əti hətta bəzilərində balıq ilə bişirilir.

Öz qırmızı rəngini çuğundurdan alan bu yeməyin dadını dəfnə yarpaqlarsız düşünmək olmur. Ukraynadan başqa, Rusiya və Polşada borş məhşur bir təamdır.

10) Paxlava (Türkiyə)

Müxtəlif növ paxlava çeşidləri ilə zəngin olan Türkiyə! Antep fıstıqlarından hazırlanan bu paxlavaların yuxaları mümkün ola bildiyi qədər incə olması əsas şərtdir. Paxlavaların yaxşı qızardığını tam anlamaq üçün sobalar olan yer nisbətən qaranlıq saxlanılır. Uzun bir tarixi olan bu paxlava yunan və türk restoranlarında çox təlabat olan təamlardandır.

11) Pavlova (Yeni Zelandiya)

Bir balerina qədər həssas olan bu şirniyyat, ağappaq qar örtüyünün üstünə düzülmüş meyvələri xatırladır. Balerina Anna Pavlovanın şərəfinə hazırlanmış bu şirniyatın ağ rəngi qu quşu kimi hərəkət edən balerinaya işarə edir və onun kimi zərif və gözəldir.

Yumurta ağı, şəkər və laym suyu kimi əsas inqrediyentləri olan şirniyyat əsl yay şirniyyatı olsa da Yeni il ərəfəsində də hazırlanır.

12) Plov (Hindistan)

Hindistan plovu noxud, düyü, paxla, müxtəlif növ tərəvəzləri və ədviyyatları ilə seçilir. Hindistanın ədviyyat zənginliyi bütün yeməklərində hiss edilir.

Plov Özbəkistan, Tacikistan eləcə də ölkəmizdə məşhur bir yeməkdir. Lakin hər ölkənin plovu özünə məxsus görünüşdə və dadda, lakin eyni addadır.

 (“Nevarneyox.com”)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir