etir

Dünyanın ən bahalı 16 ətri

Baxış sayı: 1. 977

Hər bir insan öz fərdiliyini müxtəlif cür göstərir: bəziləri eksklüziv geyim köməyi ilə bunu edirlər, başqaları – bahalı saat, digər qrup isə eksklüziv ətirlərə müraciət edirlər. Ətriyyatın şleyfi comərdliyi və ya incəliyi vurğulaya, gözəl əhval-ruhiyyə yarada, yaxud da şəxsiyyətin vizit kartı ola bilər. Ətirlər insanların həyatında həmişə ciddi rol oynayır. Eksklüziv həvəskarları ətirlərə ona görə böyük məbləğ verməyə hazırdırlar ki, onlardan gələn ətrin zəngin və əlamətdar olmasını istəyirlər. Elit ətirlər məşhur brendlər tərəfindən yaradılır və məhdud sayda buraxılır. Təbii ki, kifayət qədər böyük və dodaq uçuqladan qiyməti olan ətirlərin keyfiyyəti də ona uyğun olur. Bu ətirlər əslində ancaq yüksək təbəqənin və dəbdəbə həvəskarlarının seçilmək ehtiyacını ödəmək məqsədi ilə yaradılır. Ətirlərin baha olmasının əsas səbəbi isə içindəki mayesi deyil, bahalı daş-qaşla bəzədilən flakonu və qutusudur. Hər bir xanımın baxımlı olması və özünə xas olan ətirdən istifadə etməsi gözəldir, lakin bu qiymətlərə baxandan sonra buna “Gözəlləşmək istəyən qadınların cinayətkarcasına israfçılığı” ndan başqa ad verə bilmirəm. Beləliklə, bu yazıda dünyanın bu vaxta qədər yaradılmış 16 ən bahalı ətri haqqında bəhs edəcəyik.

 

16-cı yer: “Jar Parfums Bolt of Lightning” – zərif ətri məşhur zərgər Joel A. Rosenthal tərəfindən yaradılıb. Ətrin şüşəsi 30 ml-dir. Bu ətir “Parfums JAR” evinin ən əsas əsərlərdən biri sayılır. Bu ətrin tərkibi döyülmüş qarağat, biçilmiş ot, günəbaxan çiçəkləri və sınmış budaqlardan hazırlanıb. “Jar Parfums Bolt of Lightning” ətrini yalnız Parisdə iki mağazadan almaq olar.

Image result for Jar Parfums Bolt of Lightning

15-ci yer: “Jean Patou’s Joy” fransız modelyer Jan Patanın uzaq keçmişdə 1929-ci ildə yaratdığı əsəridir. O zaman onlar dünyada ən bahalı ətir statusunu daşıyırdı. Bir ətir şüşəsinin yaradılması üçün ətirli mayenin 30 ml həcminə görə 336 qızılgül və təxminən 10 min yasəmən istifadə olunur. “Jean Patous Joy” Amerika fond bazarının dağılmasından sonra yaradılıb. Buna görə də uzun müddət populyarlığını əldə etmək üçün yubanmalı olub. Bu gün isə elit fransız ətrinin dəyəri 800 dollar təşkil edir. Həvəskarlar arasında bu gözəl ətrin flakonu hazırda böyük populyarlıq qazanıb.

Image result for Jean Patou's Joy

14-cü yer: “Shalini Parfums Shalini” – qadın ətri məşhur ətriyyatçı Morisin Rusel tərəfindən yaradılıb. Ətrin zəngin notları: ilanq-ilanqın, keşnişin, müşk və vanilin ideal uyğunlaşması əsasında hazırlanıb. Bu ətirlər müqəddəs Valentin gününə həsr olunaraq məhdud sayda buraxılıb. Satışa ətrin cəmi 900 flakonu buraxılıb, ətriyyatın şüşəsi isə fransız bülluru “Lalique” firmasına aiddir. “Shalini Parfums Shalini” ətrinin dəyəri 900 dollar təşkil edir.

Image result for Shalini Parfums Shalini

13-cü yer: “Selenion” (qədim yunan dilindən tərcümədə ay işığı) – təbii nadir inqrediyentlərdən ibarət kompozisiyadır. Onların əksəriyyəti çox bahalıdır: əspərək (ətrə ot çaları verir), ənbər və əriyin məstedici gül ətri ilə çay toxunuşu əsasında hazırlanır. Bu nadir çin kollarının ətri sayılır və hesab olunur ki, nadir çin kollarının ətri təbəssüm və xoşbəxtlik hissi yarada bilər. Buraya həmçinin jasmin, qızılgül, zərif və şirintəhərə bənzəyən yabani zeytun ağacı, həm də səndəl ağacının əmin-amanlıq yaradan və stressi aradan qaldıran qoxusu, həmçinin palıd mamırının əsrarəngizlik və sirr bəxş edən kompozisiyası daxildir. Rusiyada mağazalarda bir flakonun qiymət 30 ml. 1200 dollar təşkil edir.

Image result for Selenion

12-ci yer: “Annick Goutal’s Eau d’Hadrien” – Avropa ətri keçmiş model və pianoçu tərəfindən yaradılıb. Bu ətir parlaq və təmiz qoxulardan ruhlanaraq hazırlanıb. Bu ətir yarandığı andan etibarən populyarlıq qazanır və bu günə qədər də ona sabit tələbat var. Parfum kokteylinin notlarını Siciliya limonu, qreypfrut və sərv ağacı təşkil edir.

Image result for Annick Goutal's Eau d'Hadrien

11-ci yer: “Hermes 24 Faubourg” – qadın ətri məşhur fransız moda evi “Hermes International” tərəfindən 1995-ci ildə yaradılıb. Doymuş şərq güllərinin qoxusundan ibarət olan ətrin şüşələri yüksək keyfiyyətli büllur firmasına məxsusdur. Bu ətir məhdud sayda buraxılıb və dərhal alınanlar siyahısına daxildir.

Related image

10-cu yer: “Baccarat’s Les Larmes Sacrées de Thebe” – bu ətir yüksək keyfiyyətli büllur istehsalçısı,Baccara tərəfindən 1995-ci ildə istehsal olunub. Deyirlər ki, bu ətriyyatı bu gün əldə etmək çox çətindir, bəlkə də buna səbəb onun təsirli dəyəri, yəni, 1700 dollara olmasıdır. Ətrin belə yüksək qiymətə olması ətir şüşəsi və bahalı büllurdan hazırlanması ilə bağlıdır. Həmçinin ətrin tərkibi buxur və mirranı özündə birləşdirir. Ətir Misir piramidaları şəklində hazırlanıb. Ətrin adı tərcümədən “Firon tacı” deməkdir.

 

 

etir

9-cu yer: “Caron’s Poivre”. Ətir 50 il əvvəl Parisdə hazırlanıb, onun yaradıcıları bildirirlər ki, ətri hər iki cinsin nümayəndələri istifadə edə bilər. Ətir qara və qırımızı bibər, həmçinin mixək və digər ədviyyatların qarışığından ibarətdir. “Caron’s Poivre “ətrinin flakonu Baccara kristalları ilə bəzədilib. Bu ətir də çox az sayda buraxılır.

Image result for Caron's Poivre

8-ci yer: “Ralph Lauren Notorious”

Bu ətir tanınmış Amerika moda evinin modelyeri Ralf Laurenə məxsusdur. Ətir 25 yaşından yuxarı və daha yaşlı xanımlar üçün nəzərdə tutulub. Bu ətir özündə qara qarağat, berqamot, qırmızı bibər, şokolad, ağ pion, mixək, paçuli, müşk, vanil və süsən kökünü birləşdirir.

Image result for Ralph Lauren Notorious

7-ci yer: “Chanel № 5 Grand Extrait”

Əfsanəvi moda evinin məhsulu yeni çıxan kimi o, dərhal məhdud sayda buraxılan nadir kolleksiyaya daxil olur. Ətrin şüşə flakonu və qutusu əl işləridir. Təxminən 900 ml olan “Grand Extrai” ətrinin bir şüşəsinin qiyməti 4200 dollara çatır.

Image result for Chanel № 5 Grand Extrait

6-cı yer: “Ellipse”

Bu ətir məşhur fransız ətriyyat evi “Jacques Fath” tərəfindən hazırlanıb. Ətir klassik siroplar əsasında düzəldilib. Onun kompozisiyasına acıtəhər ağac notaları, təravətli meşə göyərtiləri, mamırları, tarla çiçəklərinin və günəşin isitdiyi bitkilər daxildir. 1972-ci ildə ətir “LOREAL” (Fransa) və “SAR par Kachian Takieddine” (Suriya) şirkətinin birgə istehsalı olub. Lakin 1979-ci ildə tərəfdaşlar arasında fikir ayrılıqları yaranıb və nəticədə 1984-ci ildən “Ellipse” ətrinin istehsalı dayandırılıb. İndi “Ellipse” – dünyada ən bahalı vintaj ətir hesab olunur.

Image result for Ellipse ətir

5-ci yer: “Clive Christian No.1 ”

Bu ətir məşhur Britaniya dizayneri Kristian Klayv tərəfindən yaradılıb. Ətirli mayenin dəbdəbəli büllur şüşəsi əl ilə yaradılıb və üç karat brilyantla bəzədilib. Nadir ətir hər il təxminən 1000 nüsxə buraxılır. “Clive Christian No.1” ətrinin tərkib hissələri arasında xüsusi olaraq Madaqaskarda yetişdirilən məhdud sayda ilanq-ilanq bitkisi, bənövşə kökü, səndəl ağacı, berqamot və vanil var. 3- ml-lik ətir şüşəsinin qiyməti 5500 dollar dəyərindədir. Bu nadir ətri şirkətin firma mağazasında almaq mümkündür.

Image result for Clive Christian No.1

4-cü yer: “Arms Diamond Edition Perfume”

Bu ətir Britaniyanın “Floris” ətriyyat evi tərəfindən xüsusi olaraq kraliça II Yelizevetanın brilyant yubileyi üçün yaradılıb. Ətirlər 6 unikal flakonda yayılıblar. Onların hər biri XX əsrin əvvəllərində 18 karatlıq brilyantla və qızıl zəncirlə bəzədilmiş.

Image result for Arms Diamond Edition Perfume

3-cü yer: “Guerlain Idylle Baccarat – Lux Edition”

Tərkibi zanbaq, pion və qızılgüldən ibarət bu ətir üçün “Ora Ito” şirkəti xüsusi olaraq göz yaşı formasında olan büllur zərlə ilə nadir kiçik flakon hazırlayıb.

Image result for Guerlain Idylle Baccarat - Lux Edition

2-ci yer: “Clive Christian Imperial Majest” – ətrin adı “Əlahəzrət İmperator” kimi tərcümə olunur.

Nadir ətriyyat kokteyli olan ətir iki yüz nadir komponentdən ibarətdir. Onun flakonları da nəfis tərtibatda yüksək keyfiyyətli dağ büllurundan hazırlanıb. Kiçik butulkanın boğazı 18 karatlıq qızıl çərçivəyə salınmış qızıl zərlə, qapağı isə 5 karatlıq brilyant tacla bəzədilib. “Clive Christian Imperial Majesty” ətrinin cəmi 10 flakonu buraxılıb.

Keyt Holms Tom Kruzla nikah günü öz dəbdəbəli paltarı üçün eksklüziv qoxularla doldurmuş bu gözəl ətirdən istifadə etmişdi.

Image result for Clive Christian Imperial Majest

Və nəhayət 1-ci yer: “DKNY Golden Delicious”

Bu ətrin tərkib hissələrinə qırmızı alma, gavalı, qızılgül, inciçiçəyi, səhləb çiçəyi və ağ zanbaq, tik ağacı, portağal və müşk, həmçinin səndəl ağacı daxildir. Bu ətrin adi flakonda qiyməti 40-50 dollardır. Lakin 2011-ci ildə qeyri-adi flakonda istehsal olunması onu dünyada ən bahalı ətirlər siyahısına daxil edir. Flakon 2909 qiymətli daşlarla bəzədilib, qiyməti isə 1 milyon dollardır. Ətir dəbdəbə həvəskarlarına satmaq üçün planlaşdırılmışdı, orada əldə edilən gəlir isə ACF (International Action Against Hunger) aclıqla mübarizə fonduna getməli idi.

 Image result for DKNY Golden Delicious




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir