SUALTI

Dünyanın ən böyük sualtı muzeyi – HEYRƏTAMİZ FOTOLAR

Baxış sayı: 521

Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın ilk və ən böyük sualtı muzeyidir.

Muzey 2009-cu ildə istifadəyə verilib. Açıldığı müddətdə 100 heykəllə ziyarətçilərini qarşılayan muzeyin hazırda 400-ə qədər eksponatı var.

İnsan, heyvan fiqurları və müxtəlif cansız nəsnələrin formalarında olan heykəllərin yer aldığı muzeyin qurucusu ingiltərəli fotoqraf və heykəltaraş Ceyson de Kaires Teylordur. O, muzeyi 3 il ərzində ərsəyə gətirib.

Muzeydə ən diqqətçəkən əsər 26 uşağın heykəlindən yaradılan “Vicissitudes” əsəridir. Heykəltaraş bu eksponatı bir həftə ərzində suyun altında yığıb.

Muzeydəki heykəllərin toplam çəkisi 200 tondur və 400 kub-metrlik ərazini əhatə edir. Heykəllərdə istifadə edilən məmulatlar təbiətə uyğunlaşdırılması üçün xüsusilə seçilib. Ona görə də dənizdə yaşayan mərcanlar və digər heyvanlar heykəllərin üzərində yuva qura bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir