sevgi

Evlilikdə romantikanı necə qorumalı?

Baxış sayı: 2. 007

Evlilik həyatından əvvəl kişilər qadının sevgisini qazanmaq üçün hədiyyələr alır, gül bağışlayır, özəl günlərdə, bayramlarda axşam yeməklərinə dəvət edirlər. Evləndikdən sonra bu romantik nağılların hamısı puç olur… Evliliyin, məişət problemlərinin sevgini və romantikanı öldürdüyü deyilir. Yəqin ki, siz də bu kimi hallarla tez-tez qarşılaşmısınız. Bunun günahı isə çox zaman qadlnlarda olur. Qadınlarda evləndikdən sonra bir qədər arxayınçılıq yarandığı üçün kişinin sevgisini qorumağa səy göstərmirlər. Nəticədə münasibətlərdə monotonluq hökm sürür və getdikcə darıxdırıcı olmağa başlayır. “Gencaile.az”  evlilik həyatında qadınla kişi arasındakı romantikanı bərpa edən və münasibətləri qaydasına salmağa kömək edən bir neçə tövsiyəni təqdim edir:

 

İlk növbədə bunu bilin ki, münasibətlərinizə romantikanı qaytarmaq heç vaxt gec deyil. Məsləhətlərimizə əməl etdikdən sonra ümid edirəm ki, tövsiyələrimiz sizə tezliklə “Sən dünyanın ən gözəl, ən zərif xanımısan, mən səni çox sevirəm” sözlərini eşitməyə kömək edəcək.

Image result for baxımlı qadınlar

Hər zaman baxımlı olun

Kişilərin əksəriyyəti sizin işlədiyinizi, uşaqları tərbiyə etdiyinizi və təbii olaraq yorulub, istirahət etmək istədiyinizi anlamırlar. Daha doğrusu, anlayırlar, lakin hər gün yanında idman geyimində yorğun, özünə baxmayan xanım görmək istəmirlər. Ona görə ən azından bir neçə dəst dəbli, gözəl və eyni zamanda rahat ev geyimi alın. Ev xanımı obrazınızı gözəçarpmayan bəzək əşyaları və sevimli parfümun ətri ilə tamamlayın. Ev işləri ilə məşğul olsanız da, səliqəli görünün.

Bir çox xanım kosmetikadan yalnız evdən çıxanda istifadə edir. Əlbəttə ki, dəri evdə kosmetikadan istirahət etməlidir. Lakin unutmayın ki, həyat yoldaşınız sizi dağınıq və baxımsız görəndə siz onun üçün adiləşirsiniz. Axı onun fikri sizin iş yoldaşlarınız və ya təsadüfi yoldan ötən insanların fikrindən daha vacibdir!

Hər səhər bir qədər BB-krem, yüngül rəng çalarlı dodaq parıltısı, tuş çəkin – və sevgilinizin gözlərindəki sevgi və heyranlıq sizin bu cüzi səylərinizin əvəzini artıqlaması ilə verəcək.

Image result for evdar xanımlar

Xanımlığınızı ancaq ev işlərində nümayiş etdirməyin!

Ev işlərini üzrə vəzifələri ailə üzvləri arasında bölüşdürün. Hətta uşaqlarınız da hər hansı yüngül ev işlərini görə bilərlər. İstənilən ev işini birlikdə əyləncəli oyuna çevirmək olar.

Əl əməyinizi əsasən,yemək hazırlamağa sərf edin. Digər ev işlərində isə texnologiyanın təqdim etdiyi üsullardan istifadə edin. Qabyuyan maşın, tozsovuran, paltaryuyan vaxtınıza qənaət edəcək və siz özünüzə də vaxt ayıra bilərsiniz.

Image result for ev şəraitində gözəlləşmək

Özünüzə ev şəraitində balaca gözəllik salonu yaradın

Əgər evdə heç kim yoxdursa, ev işlərini özünə qulluqla birləşdirmək olar. Məsələn, evi yığışdırana qədər, üzünüzə maska çəkə bilərsiniz, yemək bişirənə qədər, asan fitnes hərəkətlərini yerinə yetirə bilərsiniz, və s. Beləliklə, siz ev işlərini görməklə yanaşı, özünüzü də əla hiss edəcəksiniz.

Image result for sultan ulutaş

Hər zaman arzulan qadın olmağı bacarın

Yataq otağı evinizin ən həyəcanlandırıcı otağı olmalıdır. Çünki bu, sizin və həyat yoldaşınızın şəxsi və ən gözəl anların yaşandığı məkandır. Sizin icazəniz olmadan uşaqlarınızın və ya qonaqların bu otağa girməsinin qarşısını alın və orada xüsusi atmosfer yaradın. Boğuq işıqlar, şamlar, xəfif musiqi, gözəl yataq dəstləri ilə otağınızı gözəlləşdirin.

Image result for kitab qadın

İntellektinizi inkişaf etdirin

Görünüşdən sonra gələn ən əhəmiyyətli ünsürdür. Gözəlliyinizin qeydinizə qaldğınız kimi intellektinizi də inkişaf etdirin. Kişilər həyat yoldaşı ilə onu maraqlandıran mövzularda danışmağı xoşlayırlar. Kişilər ağıllı, düşüncələrini müdafiə edə bilən və dəqiq olaraq ifadə edə bilən qadınları sevirlər. Çoxu özü kimi düşünən qadınlarla danışmağı sevirlər. Onlar müzakirə etməyi, fikir mübadiləsi aparmağı bacaran qadınları bəyənirlər, əgər onlara düşüncələrinizi qəbul etdirə bilsəniz, onların gözündə yüksəlirsiniz. Həmçinin sizə olan hörməti və sevgisi də artır. Ürəyinin dərinliklərinə gedən yol da açılır…

Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur. Unutmayın ki, hər şey sizin əlinizdədir. Siz özünüz dəyişə və sevdiyiniz insanla olan münasibətlərinizi dəyişdirə bilərsiniz. Yetər ki, bir qədər səy göstərin. Öz üzərinizdə işlədikdən sonra, “Sən dünyanın ən gözəl, ən zərif xanımısan, mən səni çox sevirəm” sözlərini daha tez-tez eşidə biləcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir