qaynana

Gəlinlər qayınanalarla necə davranmalıdırlar?

Baxış sayı: 1. 869

*Qayınananızı ananızdan ayırmayın. Özünüz də bir gün qayınana olacağınızı unutmayın
*Onun səhv tərəflərini görməməzliyə vurun, düz tərəflərini isə hamıya danışın.
* Qayınananıza sevginizi ifadə etməkdən çəkinməyin.
*Aradakı nəsil fərqini nəzərə alaraq anlaşılmazlıqları səmimi qarşılamağa çalışın.
*Bayramlarda, əlamətdar günlərdə qayınananıza zəng edin və ya qonaq gedin.
*Həyat yoldaşınızın ata-anasını tez-tez görməsindən narahat olmayın. Unutmayın ki, onun ata-anasına nə qədər ehtiyacı varsa, sizin də ata-ananıza o qədər ehtiyacınız var.
*Ananızla mübahisə etdikdən sonra onun necə könlünü alırsınızsa, qayınananızla da mübahisə etdikdən sonra onun könlünü o cür alın…

 qayinana

Qayınanalar gəlinlərlə necə davranmalıdırlar?
*Gəlinizi qızınızdan ayırmayın. Özünüzün də bir vaxtlar gəlin olduğunuzu xatırlayın.
*Gəlininizə səhv tərəflərini xətrinə dəymədən deyin, düz tərəflərini isə hamıya danışın.
*Gəlinizə sevginizi ifadə etməkdən çəkinməyin.
*Gəlininizin gördüyü hər işə müdaxilə etməyin, bəzən sizin istədiklərinizi etməsə belə, bunu səmimi qarşılamağa çalışın.
*Bir də unutmayın ki, siz gəlininizlə nə qədər xoşbəxt olsanız, oğlunuz da gəlininizlə bir o qədər xoşbəxt olar.
*Gəlninizin ata-anasını tez-tez görməsindən narahat olmayın.Sizdə sizi tez-tez görməyə gələn qızınızı xatırlayın.
*Bəzən qızınız “şıltaqlıq” edə biləcəyi kimi edə biləcəyi kimi gəlninizin də “şıltaqlıq” edə biləcəyini unutmayın.

qayinana




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir