gavali murebbesi

Gavalı mürəbbəsini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 494

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımızı gavalı mürəbbəsinin hazırlaması ilə tanış edəcəyik.

 

Gavalı mürəbbəsinin tərkibi:

Gavalı 1 kq, şəkər tozu 1 kq, su 200 ml.

 

Hazırlanma qaydası:

Gavalını yuyub qabığını təmizləyirik, sonra ləyənə yığıb, üzərinə çıxacaq qədər su və 1 ç/q soda əlavə edirik. Gavalılar suda öz turşuluğunu çıxarır. Sonra təmiz suda yuyub süzürük. Meyvəni bişirəcəyimiz ləyənə şəkər tozunu və suyu tökürük, bir az ocaqda saxlayıb, şəkər əriyən kimi meyvələri əlavə edirik.

5-6 saat kənarda qoyub soyuduruq. Sonra şirənin içərisindən gavalıları yığıb, şərbəti qaynadırıq. 20 dəqiqəqaynadıqdan sonra gavalıları şərbətin içərisinə təkrar tökürük və altını söndürüb soyumasını gözləyirik. Soyuduqdan sonra üçüncü dəfə yenidən meyvələri yığıb, şərbəti qaynamağa qoyuruq. Su qaynadıqda meyvələri əlavə edib 15-20 dəqiqə bişiririk və ocaqdan götürürük.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir