Ilhame A

Hədəfi olmayan gəmiyə heç bir külək yardım edə bilməz

Baxış sayı: 1. 997

Bir yola çıxarkən mütləq bir yol xəritəsi olmalıdır.

Biz bir işə başlamamışdan öncə hədəfimiz, fərqindəlik siyahısı, çeviklik üçün lazımlı olan motivasiyanı və hərəkət planını hazırlamalıyıq. Bax bu zaman bizim düzgün bir yol xəritəmiz olar. Bir yol xəritəsində bizə köməyi olan əsas başlıqlar

Hədəf

Fərqindəlik

Çeviklik

Hərəkət

 

Hədəf

Hədəfləri təyin etmədən yaşamaq çox xaotik olmazmı?

İnsan həyatında həm uzun, həm də qısa müddətli hədəfləri olmalıdır. Hər birinə çatmaq üçün atacağımız adamları və sizə mane ola biləcək maneələri aşmağın yollarını da təyin etmək vacibdir. Hədəflərimizin həyata  keçirilməsini təmin etmək üçün beş əsas  elementi nəzərdən keçirməlisiniz. Bu beş elementi nəzərə alaraq təyin etdiyimiz hədəflər “SMART hədəf” adlanır. Hədəflər dəqiq, ölçüləbilən, əldə oluna bilən, uyğun və vaxt çərçivəsində olmalıdır. Bir yola başlarkən şəxsi hədəflər qoymaqla da başlaya bilərik. Kiçik və şəxsi hədəflər böyük uğur qazanmağımıza kömək edə bilər. Hər şeydən əvvəl hədəfin xüsusiyyətləri aydın şəkildə müəyyənləşdirilməlidir. Məqsəd konkret olmalıdıdır. Tez-tez özümüzə “Mən nə etmək istəyirəm?” sualını verməliyik.

Hədəfi müəyyən etmək hədəfə çatmaq üçün atılan ilk addımdır. Hədəfimiz yoxdursa, hara çatacağınızın bir önəmi yoxdur. Məsələn, evdən çıxdınız, bir taksiyə oturub “məni vağzala aparma” dediniz. Sürücü sizi hara aparar? Şəhəri gəzdirər müəyyən bir  yerdə saxlayar. Hədəfin yoxdursa, dəqiq deyilsə, hara aparacağını bir mənası yoxdur. Düzgün hədəf çox vacibdir.

 

Fərqindəlik

Bəzən düşüncələrimizin və duyğularımızın əsiri oluruq. Düşüncələr biz istəməsək, belə zehnihimizdə dolanır. Artıq biz düşüncələrimizin əsiri oluruq. Bizi onlar idarə etməyə başlayır. Bəzən çevrəmizdə və içimizdə olub bitənlərə yox, beynimizdə yaratdığımız mühakimələrimizlə hərəkət edirik. Hər şeyi analiz edirik, anlamağa çalışırıq. Bir beyin fırtınası etmək bu baxımdan faydalı olur. Bu intensiv mənalandırma səyi əslində olub bitəni hiss etməyimizə yol açır. Sadalananlar hamısı fərqində olmağın bir hissədir. Fərqindəlik mühakiməsiz bir şəkildə indiki ana diqqət verə bilmək məqsədi ilə diqqətinizi toplaya bilməkdir. Fərqindəlik indiki təcrübələrimizlə onları qəbul edərək mühakimə etmədən birbaşa təmas qurma ilə əlaqəlidir. Fərqindəlik zamanı özümüzə bu sualı verməliyik “Bu anda nə yaşayıram?”

Eyni  nümunədən davam edək. Deyək ki, sürücüyə “Məni  vağzala  aparın” dediniz. Vağzalın qərb tərəfdə olduğunu təxmin edək. Sürücü isə sizi şərq istiqamətində bir yolla aparır. Əlbəttə, deyərik ki, vağzala qərb tərəfdən deyil, şərq tərəfdən getmək lazımdır. Deyə  bilərsinizmi, əgər bunu deyə biləriksə, hədəfə gedən yolun fərqindəyik .Fərqindəlik, yəni hədəfə gedən yolda, doğru olub olmadığının fərqində ola bilməkdir.

 

Çeviklik

Çeviklik, bir şeyin dəyişkən və effektiv şəkildə adaptasiya olma qabiliyyətidir. İş və müstəqil həyat üçün əhəmiyyətli olan çeviklik, dəyişikliklərə asanlıqla cavab vermək və sürətli tənzimləmək bacarığına əsaslanır. İş əməliyyatlarında, proyekt idarəetməsində və hətta şəxsi inkişafda çevik metodologiyalar və tətbiqlər geniş şəkildə istifadə olunur. Çeviklik, müstəqil düşünmə və fəaliyyət göstərmə,müşahidə və təqdimat qabiliyyətləri ilə əlaqələndirilir. Bu dəyişikliklərə sürətli və adekvat cavab vermək üçün lazım olan bir qabiliyyətdir.

Deyək ki,vağzala gedən yolun birində təmir işləri  ilə əlaqədar yol  bağlanıb. Mən artıq gecikəcəyəm deyib, geri qayıdacaqsınız, yoxsa  başqa bir yoldan davam edəcəksiniz? Hədəfə gedən yolda qarşımıza çıxan maneələrə qarşı  yeni yollar axtarıb tapmaq qabiliyyətinə  çeviklik deyilir. Unutmayaq! Dünyanı ən güclü canlı olduqları üçün deyil, ən çevik canlı olduqları üçün insanlar idarə edir. Digər insanlarıda ən çevik insanlar idarə edir.

 

Hərəkət

Artıq düzgün qərar vermişiksə, addımlamağın və hərəkətə keçməyin zamanı gəlib çatmışdır.

Bütün maneələri aşıb vağzalın qapısına  çatdınız. Əgər o qapıdan içəriyə girməsəniz, hədəfinizə çatmış sayılmazsınız.

Bu elemetlərdən istifadə etməklə atacağımız addımları, hədəfə çatmaq üçün lazım olan mənbələri və bu olda irəliləməni göstərən mərhələləri müəyyənləşdirə bilərik. Bu üsullarla hədəfinizə səmərəli çəkildə çatma ehtimalınız daha yüksəkdir.

 

İlhamə Axundova

Təhsil eksperti, təlimçi müəllim




6 şərh “Hədəfi olmayan gəmiyə heç bir külək yardım edə bilməz

  1. Mahmud Agayev

    Hədəfsiz insan olmaz. Əgər varsa da bu mövzuya toxunmağınız onlar üçün faydalı olar inşallah. Təşəkkürlər, İlhamə xanım

    Cavabla
  2. Ruslan

    İnsan qarşısına bir çox hədəf qoya bilər. Ancaq bəzən daha asan yolla , bəzən isə daha çətin yolla çatarıq hədəflərimizə. Lakin bu hədəflər işimizə motivə olmağımıza kömək edər və bizə istiqamət göstərər.

    Cavabla
  3. Perviz Nail

    Qarşınıza çatıla bilən bir məqsəd qoymalısız.Hədəfləriniz həqiqi və çatılan bir məqsəd olmalıdır.Çox yüksək və ya çox aşağı hədəflər qoymamağınız məsləhətdi Çünki zamanla bunları görməməzlikdən gəlib, hədəflərinizdən uzaqlaşa bilərsiniz.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir