AILE

Həyat yoldaşınızla probleminizi belə həll edin – “EVLİSƏN”

Baxış sayı: 1. 653

Bütün evliliklərin ilk illərində tərəflərin bir-birinə münasibəti adətən çox yaxşı olur. Bir müddət sonra isə bəzən ilişkilərin səviyyəsində geriləmə hiss olunur. Bir növ tərəflər üçün hər şey adiləşir. Belə vəziyyətdə isə cütlüklər arasında mübahisələr qaçılmaz olur. Bəs görəsən, həyat yoldaşınızla problemlərinizi necə həll edə bilərsiniz?  “Gencaile.az” saytının “EvliSƏN” rubrikası məhz bu mövzuda sizə bir neçə ipucu təqdim edir.

 

Fərqli yönlərinizi qəbul edin

Ortaq nöqtələriniz nə qədər çox olsa da, fərqli yönləriniz də yox deyil. Fərqli olan bəzi xasiyyətlərinizi dəyişmək mümkün olsa da, bunu heç də bütün xasiyyətlərinizə aid etmək olmaz. Yəni xarakterin tamamən dəyişməsini gözləmək sadəlöhvlükdən başqa bir şey deyil. Bu səbəbdən həyat yoldaşınızı olduğu kimi qəbul etmək və münasibətlərə bu çərçivədə davam etmək lazımdır.

AILE

Bir-birinizin haqlarına sayğı göstərin

Münasibətlərin normal davam etməsi üçün qarşı tərəfin hüquqlarına hörmət etməyiniz vacibdir. Həyat  yoldaşınızın dostları ilə ilişkilərinə, ictimai fəaliyyətinə və digər bu kimi hüquqlarına hörmət etmək lazımdır. Hər şeyin dəyişməsini gözləmək, öz maraqlarınız istiqamətində nələrsə tələb etmək doğru deyil.

aile

Gözləntilərinizi açıqlamalısınız

Tərəflərin dini və ya irqi cəhətdən fərqlənməsi, eləcə də  iqtisadi amillər münasibətlərə təsir edir. Bu vəziyyətdə həyat yoldaşınızın xarakteri böyük əhəmiyyət daşıyır. Bir-birinizə qarşı olan hissləriniz real və sarsılmazdırsa, bir-birinizi istənilən durumda qəbul etməyə hazır olursunuz. Amma əgər beklə bir vəziyyətlə qarşı-qarşıya qalmısınızsa, bu durumda bir-birinin gözləntiləri barədə danışmaq faydalı ola bilər. Əgər keçmişiniz bir-birindən olduqca fərqlənirsə, sağlam münasibət qurmaq üçün bir az vaxta ehtiyacınız olacaq.

aile

Problemsiz ünsiyyət problemsiz münasibətə yol açır

Problemlərinizi həll edərkən qarşı tərəfi anlamağınız, dürüstlük və özünüzü onun yerinə qoyaraq məsələyə yanaşmağınız daha məqsədəuyğun olar. Tərəflər ünsiyyət qurmaqla yanaşı, hadisələrə soyuqqanlı yanaşmalıdır. Yalnız belə olduqda önəmli məqamlarda düzgün qərar vermək mümkün olur. Problemsiz ünsiyyət problemsiz münasibətin açarıdır desək, yanılmarıq.

 aile

Hər mübahisəni davaya çevirməyin

Ən adi anlaşmazlıqda bunu ciddi davaya çevirmək cütlüklərin ən ciddi səhvlərindən biridir. Hər mübahisə davaya çevriləəcəksə, bu amil münasibətlərin bitməsini şərtləndirəcək. Bu kimi durumlarda ən azı tərəflərdən biri daha sakit olmalı və uzlaşma yolu axtarmalıdır.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir