Hamiləlikdə ən çox edilən 7 səhv

Baxış sayı: 6. 567

Hamilə xanımlar saçlarını boyaya bilməzlər

Körpə gözləyərkən saç boyamanın zərərli olduğuna dair hər hansı bir elmi sübut  yoxdur.

Hamilə xanımlar təhlükəsizlik qapılarından keçməməlidir

Təhlükəsizlik qapılarında metal detektorları vardır. Hər hansı bir rentgen söhbət gedə bilməz. Bu səbəblə təhlükəsizlik qapılarından keçmənin qorxusu yoxdur.

Hamiləlikdə səfər etmək təhlükəlidir

Hamilə xanımların son dörd həftəyə qədər avtomobil istifadə etmələrinin heç bir qorxusu  yoxdur.  Sadəcə olaraq təhlükəsizlik kəmərlərinin mütləq bağlı olması lazımdır.
Hava yolu ilə səyahət etmək istəyən xanımların hamiləliyin 26-cı  həftəsindən sonra belə səyahətin təhlükəli olmadığına dair həkim  arayışı alması lazımdır. Təyyarə səfərinin üç saatdan daha qısa  olduğu hallarda və hamiləliklə əlaqədar hər hansı bir risk faktoru olmadıqda səfər əsnasında hərəkət, bol maye qəbul edilməsi və baldır məşqləri kifayətdir. Daha uzun səfərlərdə bunlara əlavə olaraq varis corabı geyilməsi lazımdır.
Dəniz yolu ilə səyahət etmək istəyən  hamilələrdə xüsusilə ilk üç ay ərzində ürəyi bulanma və qusmalar arta bilər. Digər hallarda dəniz yolu ilə səyahət etmək təhlükəli deyil.

Hamiləlikdə cinsi əlaqə qadağandır və orqazm erkən doğuma səbəb ola bilər

Qanama (qanaxma) və ya erkən doğum təhlükəsi kimi hallar olmadığı təqdirdə hamiləlikdə cinsi əlaqə qadağan  deyil. Əvvəllər son ayda cinsi əlaqə qadağan  olduğu halda, son araşdırmalardan əldə edilən məlumatlarda cinsi əlaqənin doğuma qədər davam etməsində heç bir təhlükənin olmadığı bildirilib. Hamiləlik əsnasında orqazmın erkən doğuma səbəb ola biləcəyi kimi inanclar isə tamamilə səhvdir.

Hamilə xanım  həm özü, həm də körpəsi üçün qidalanmalıdır

Hamiləlikdə qidalanma qaydaları hamilə olmayan qadınlardakı  sağlam bəslənmə kimidir. Körpənin inkişafı üçün lazım  olan üç əsas quruluş daşının balanslı olaraq alınması vacibdir. Bunlar  zülal, kalsium və vitamin-mineral qruplarıdır. Vegetarianların hamiləlik zamanı qidalanması da  tamamilə normaldır. Qırmızı ət yeyilməsi şərt deyil. Toyuq və balıq, qırmızı ətin yerini əvəz edə bilər. Balıq həftədə iki dəfə yeyilə bilər. Dənizdə uzun müddət yaşayan və ətlərində bəzi ağır metalları yığan  böyük balıqlar tez-tez  yeyilməməlidir. Körpənin sümük inkişafı üçün  Kalsium qaynağı olaraq süd və süd məhsullarının kafi miqdarda qəbul edilməsi  lazımdır. Bir çox  hamiləliklərdə bu miqdar arta bilər. Hamiləlik əsnasında gündə 1-2 stəkan açıq çay, 1 stəkan qəhvə və 1 stəkan kola içilə bilər. Yığıncaqlarda az miqdarda  spirt alınmasının körpəyə hər hansı bir zərəri yoxdur. Bişmiş şirniyyat yeməyin zərəri yoxdur. Çiy və az bişmiş ətdən istifadə edilməməsi məsləhət görülür.

Mobil telefonlar, kompüter və mikrodalğalı sobalardan  istifadə etmək zərərlidir

Hamiləlik müddətində cib telefonu ilə danışmaq, kompüter və ya mikrodalğalı soba  istifadə etmək təhlükəli deyil.  Keçən il  iş zamanı cib telefonunu həddindən artıq istifadə edən hamilə qadınların uşaqlarında  sonrakı yaşlarda davranış pozğunluqlarına daha çox rast gəlindiyini  göstərən bir araşdırma yayımlanmışdır. Bu araşdırmaya əsaslanaraq hamiləlik əsnasında cib  telefonlarından həddindən artıq istifadə etməmək və ya qulaqcıqla istifadə etmək doğru bir mövqe olar.

Hamilə xanımlar idman edə bilərlərmi?

İdman etməyin hamiləliyə mənfi olaraq təsir etdiyinə dair hər hansı bir sübut yoxdur. Riskli hamiləlik (qanama, erkən doğum, əkiz hamiləlik, yüksək təzyiq, ürək xəstəliyi və s.) olmadığı təqdirdə idmana davam  edilə bilər. Yer hərəkətləri, yüngül  ağırlıq işləri, üzmə, tennis kimi idman növlərilə məşğul ola bilər, velosipeddən və bu kimi yüngül  vasitələtdən istifadə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir