Təmtəraqlı toyla evlənən cütlüklər, doğrudanmı, daha tez boşanırlar?

Baxış sayı: 1. 786

Üç min evli cütlük arasında aparılan araşdırma zamanı evlilik üzüyü və toy xərcləri ilə cütlüklərin evli qalma müddətləri qarşılaşdırılıb.

Məlum olub ki, üzüyə iki min dollardan daha az pul verən cütlüklərin boşanma riski, iki min dollardan daha bahalı üzük alanların boşanma riskindən daha azdır.

Araşdırmanın nəticələrinə görə, toy üçün 20 min dollardan çox pul xərcləyənlər boşanmağa (3,5 dəfə) daha meyilli olurlar.

159005296

Tədqiqatçılar toya daha çox pul xərcləyən cütlüklərin borc, stress kimi səbəblərdən münasibətlərinin korlandığını bildirirlər. Ona görə də hamıya ayağını yorğanına görə uzatmaq və toy hazırlıqları üçün borca girməmək məsləhət olunur.

Ancaq istənilən halda, bizə elə gəlir ki, önəmli olan toyun hansı təm-təraqda olması yox, tərəflərin bir-birini başa düşməsi, sevməsi və ehtiram göstərməsidir. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir