sevgi

Kişilər həyat yoldaşını hansı xüsusiyyətlərə əsasən seçir?

Baxış sayı: 871

Rusiyalı fizioqnist Yelena Miff kişilərin hansı meyarlara görə həyat yoldaşı seçdiyini açıqlayıb. Belə ki, ekspert üz cizgilərinin bədən quruluşundan daha çox rol oynadığını qeyd edib.

“Bir qız statik bədən quruluşu ilə kişini cəlb etdiyini düşünürsə yanılır, seçim şüuraltı şəkildə edilir və üz xüsusiyyətlərinə əsaslanır. Kişiləri vizual olaraq analarını xatırladan xanımlar daha çox cəlb edir, qadınlarda isə əks vəziyyət var – atalarının xüsusiyyətlərinə oxşar keyfiyyətlərə sahib olan həyat yoldaşı axtarırlar. Bunu nəzərə alaraq deyə bilərik, həyat yoldaşı seçimində valideynlərimizin xarakter və xüsusiyyətləri önəmli yer tutur.

SEVGI

Görünüşə birinci reaksiyanı beyin verir, gözlərin quruluşu, dodaqların forması, burun qiymətləndirilir. Yəni, qadının təbii gözəlliyi. Və bu şüuraltına göndərilən birinci zəngdir: bu, axtardımız “O”dur, ya yox?

Təbiiliyi qorumaq vacibdir. Plastik cərrahsa görünüşü dəyişdirə bilər ki, bu zaman üz xüsusiyyətləri xarakter xüsusiyyətləri ilə üst-üstə düşmür. Odur ki, plastik əməliyyatlarda diqqətli olun. Əlbətdə ki, gözəllik fədakarlıq tələb edir, ancaq digər yarınızı itirməmək və izdiham arasından onun diqqətini çəkə bilmək üçün təbiiliyinizi qoruyun. Təbii olun!” , – ekspert bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir