ayriliq

Kişilər qadınları niyə tərk edir? – 5 SƏBƏB

Baxış sayı: 1. 635

Sevgilinizin sizi niyə tərk etdiyini heç cür anlaya bilmirsinizsə, bu yazı məhz sizin üçündür. Kişilərin ayrılıq zamanı etiraf edə bilmədiyi əsl tərk etmə səbəblərini bilmək istəyirsinizsə, yazını sona qədər oxumağınızı tövsiyə edirik.

Yaxşı davam edən bir münasibətiniz birdən-birə səbəbini anlamadığınız bir şəkildə tərk edilməyiniz ilə nəticələndi? O, sadəcə “problem səndə deyil, məndədir” deyib getdi? Həqiqətən də problem sizdə yox, onda ola bilər. Ancaq həm də münasibətinizdə fərqinə varmadığınız bir çox problem də ola bilər. Münasibətlərinizdə eyni səhvləri təkrarlamamaq üçün bu problemlərin fərqinə varmağınızda fayda var.

 

Həyatdan fərqli gözləntilərinizin olması

Partnyorunuz ilə olduqca yaxşı vaxt keçirdiyinizi, birlikdə çox əyləndiyinizi və bəlkə də hər şeyin qüsursuz getdiyini düşündüyünüz bir anda tərk edilmisinizsə, bu ayrılığın altında yatan ən vacib səbəb həyatla və münasibətinizlə bağlı fərqli gözləntilərə sahib olmağınız ola bilər. Sizin münasibətdən əsas gözləntiniz elə birlikdə xoş vaxt keçirmək olduğu halda, ola bilər ki, onun gözləntisi daha ciddi bir münasibətdir. Ya da tam əksinə.

Related image

İnamsızlıq

Bir münasibətdə ən vacib şey qarşılıqlı inamdır. Sizin üçün münasibətinizdə belə bir problem olmasa da, qarşı tərəf sizə heç cür inanmamış ola bilər. Öz həyatınızı öz qaydalarınıza görə yaşayıb, onun qaydalarını qəbul etmək məcburiyyətində olmadığınızı hiss etdirməyiniz kişilər üçün bəzən anlaşılmaz olur. Sizə açıq şəkildə deməmiş olsa da, münasibətiniz bu səbəblə bitmiş ola bilər.

Image result for Kişilər qadınları niyə tərk edir?

Ətrafınızdakı insanların münasibətinizə daxil olması

Qadınların münasibətlərində ən çox etdikləri səhv ailələrinin və dostlarının fikirlərini həddindən artıq nəzərə alıb, bunları münasibətlərinə köçürmələridir. Hər nə qədər ailəniz sizi yaxşı tanısa da, münasibətin içində sadəcə ikinizin olduğunuzu və yaşadıqlarınızı sizdən başqa heç kəsin sizin qədər anlamayacağını nəzərə alın. Əks təqdirdə sevgiliniz sizdən uzaqlaşa bilər.

xeyanet

Xəyanət

Tərk edilməyinizin ardınca sevgiliniz yeni bir münasibətə başlayıbsa, bu ayrılığın səbəbi başqa bir münasibət ola bilər. Fiziki olaraq bir xəyanət yaşanmamış olsa da, onun sizinlə sevgili olduğu vaxtlarda başqasından xoşu gəlmiş ola bilər.

aile

Doğru insan olmamağınız

Xüsusilə uzunmüddətli münasibətiniz birdən-birə sonlandısa, böyük ehtimalla səbəb sizin onun üçün doğru insan olmamağınızdır. Sizi nə qədər sevsə də, uzun müddət davam edən bu münasibətin sonunda bütün ömrünü keçirmək üçün sizin doğru insan olmadığınızın fərqinə varmış ola bilər. Əlbəttə bunu açıq-açıq demək çətindir, hətta bunu özünə etiraf etməkdə belə çətinlik çəkə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir