PEHRIZ

Məşhur pəhrizlər insanı dişsiz qoyur – XƏBƏRDARLIQ

Baxış sayı: 963

Bu gün dünyada meyvə şirəsi və ya çiy qida ilə pəhrizlər daha çox yayılıb. Orqanizmdə bu cür məhdudiyyətlər insan üçün təhlükəlidir.

Bu cür pəhriz növləri Hollivudda daha çox populyardır. Selma Hayek və Keyt Hadson kimi məşhurlar bu cür pəhrizlərdən istifadə edirlər. London stomatologiya klinikasının direktoru, doktor Patel bildirir ki, bu cür pəhrizlər dişlərə qarşısıalınmaz ziyan vurur. Məsələ burasındadır ki, yalnız meyvə şirələrindən ibarət olan rasion orqanizmdə insulinin miqdarını pik həddinə çatdıra bilər.

Bu da zamanla kollagenlərin strukturunu dəyişir. Məhz kollagenlərin strukturu damaq sağlamlığı üçün cavabdehdir. Alimlər bu cür pəhriz növləri ilə orqanizmi sınaqdan keçirməyi tövsiyyə etmirlər. Konservantlaşdırılmış meyvə şirələrindənsə təzə meyvələr yeməyi tövsiyə edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir