Əgər arıqlamağı qərara almısınızsa, ilk əvvəl bədəninizin maddələr mübadiləsini yaxşılaşdırmalısınız. Bədinin maddələr mübadiləsini təhrik etmək üçün yemək proqramını islah etmək lazımdır. Maddələr mübadiləsini təhrik edən əməllərdən biri də idmandır. Ona görə də tövsiyə edirik ki, sevdiyiniz idmanı seçin və gündəlik proqramınıza daxil edin. Bununla yanaşı, bəzi qidaları yeməyə çalışın.
Qırmızı istiot
Bu, düzdür ki, qırmızı istiot yeməklə insanın azğından alov çıxır, ancaq bu tərəvəz kalorilərlə mübarizədə xüsusi rola malikdir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, onun tünd dadı bədənin hərarətini qaldırır. Bədən öz normal hərarətinə qayıtmaq üçün fəal olmağa məcbur olur. Qan qarın nahiyəsində toplanar və yeməyin həzmi güclənər. Bunun üçün çoxlu enerjiyə ehtiyac vardır. Bədən əlavə kalorilərdən daha çox istifadə etməyə başlayır. Ona görə də daha çox kalori yandırar. Ona görə də yeməklərinizə qırmızı istiot tökməyi tövsiyə edirik. Çünki bu iş bədənin maddələr mübadiləsini yüksəldər. Hil və sarıkök də bu xasiyyətə malikdir. Ancaq qırmızı istior daha çox yağları əridər.
Qatıq
Qatığın tərkibində kalsium vardır, bu maddə sümükləri bərkitlməklə yanaşı bədənin maddələr mübadiləsini yüksəldər. Bədini daha çox kalori yandırmağa məcbur edər. Yaxşı olar ki, hər gün süd məhsullarından istifadə edək.
Muskat
Muskat da elə ədviyyalardandır ki, bədənin hərarətini qaldırar. Həzm sistemini gücləndirər və ona görə də çoxlu kalori yandırar.
Şirin kartof
Şirin kartofun tərkibində adi kartofdan daha az kalori vardır. Bu kartofun tərkibində A vitamini, anti-oksidant və hormonlar vardır ki, yağları əridər.
Alma sirkəsi
Əgər arıqlamaq istəyirsinizsə, yeməklərinizə alma sirkəsi əlavə edin. Çünki kalori yandırmağına kömək edər.
Darçın
Darçın bədənin maddələr mübadiləsini yüksəldər. Darçından istifadə etmək çox sadədir. Ondan şirniyyatda və yeməklərdə istifadə etmək olar.
Əncir
Badam, fındıq, qoz maqneziumla zəngindir. Bu maddə ürək üçün faydalı olduğu kimi, maddələr mübadiləsini də yüksəldə bilir. Tövsiyə edirik ki, hər gün bir ovuc əncir yeyəsiniz.
Yaşıl çay
Əgər faydalı içəcək ardıncasınızsa, yaşıl çay için. Çünki yaşıl çay bədəndə olan yağları dəf edər və həmçinin toksinləri bədəndən çıxardar.
Qara şokolad
Qara şokoladın tərkibində maqnezium vardır ki, maddələr mübadiləsini yüksəldər. Şokolad həm də əhvalı yaxşılaşdırar. Hər gün kifayət miqdarda şokolad qəbul edin.
Zəncəfil
Zəncəfilin tərkibində anti-oksidant vardır. Bu maddə həzm sisteminə müsbət təsir göstərər. Bu ədviyyatdan suplarda və salatlarınızda sous olaraq istifadə edin.