12345

Maraqlı və dəhşətli insan təcrübələri

Baxış sayı: 1. 143

 1960-cı ildə 10 əsgərə uçuş təlimi keçən bir sovet təyyarəsində pilotun xəbərdarlığı eşidilir: “Mühərrikimiz xarab oldu, eniş sistemimiz də işləmir. Okeana təcili eniş edəcəyik”. Bu sözlərdən sonra pilot son dəqiqələrini yaşadıqlarını düşünən hərbçilərdən bir bülleteni doldurmalarını tələb edib. Bu təyyarənin sığorta kağızı idi, orada “əsgərlərin ölməsində təyyarənin bir günahı yoxdur” yazılmışdı. Hərbçilər tapşırığı yerinə yetirir və kağızı doldururlar. Yalnız bundan sonra onlara heç bir problemin olmadığını və sağ-salamat yerə enəcəklərini bildiriblər. Təcrübədə məqsəd stress anında əsgərlərdə soyuqqanlılığı qorumaq idi.

 

 1954-cü ildə sovet cərrahı Vladimir Demikov bir it balasının başını, ön ayaqlarıyla birlikdə bir “alman qurdu” deyilən itə nəql edərək cüt başlı it əldə etdi. Hər iki baş da ayrı-ayrı süd içə bilirdi, hətta bir-birlərinin qulaqlarını dişləyirdilər. Amma itlər bir aydan da az yaşayıb.

 

• Amerikalı alim Lavrans Seean, yay düşərgəsində dırnaq yeyən bir qrup oğlanın yatdığı otaqda hər gecə dəfələrlə “dırnaqlarım çox acıdır” cümləsini təkrarlayıb. Yaz tətilinin sonunda yekunlaşan təcrübədə uşaqların 40 faizinin dırnaqyemə vərdişini tərgitdiyi məlum olub.

 

 1960-cı illərdə İan Osvald, insanların bütün şərtlərdə yatıb-yatmayacağını təsbit etmək üçün könüllülərin göz qapaqlarını açıq qalacaq şəkildə yuxarıya yapışdırıb, gözlərinə 50 santimetr kənardan yanıb-sönən işıqlar tutub. Elektroşoka və yüksək səsli musiqiyə məruz qalan üç nəfərin üçü də 12 dəqiqədən sonra gözləri açıq şəkildə yatıb.

 

• 1933-cü ildə psixologiya professoru Klarens Leuba, qıdıqlanmağa göstərilən reaksiya olan gülmənin anadangəlmə yoxsa sonradan inkişaf etmə bir reaksiya olub-olmadığını sübut etmək qərarına gəlir. O, yeni dogulmuş oğlunu qıdıqlayıb və bu prosesdə ətrafdakı hamıya gülməyi qadağan edib. Yeddi ay davam edən təcrübə nəticəsində uşaq qıdıqlananda gülüb. Professor beləcə, gülmənin qıdıqlananda gülmək adətinin sonradan yarandığını sübut etdi.

 

 İsveçrəli həkim və kimyagər Paracelsus, kimya sahəsində inanılmaz bir təcrübə keçib. İddialara görə insan spermasından və tükündən “homunculi” adı verilən təxminən 30 sm. boyunda kiçik insanlar yaradıb və bu insanları təcrübələrində istifadə edib. Sübut edilməmiş olsa da onu tanıyanlar bu cür təcrübələr edə biləcəyini söyləyir.

 

 İşhii İkinci Dünya Müharibəsi əsnasında yapon ordusunda general-leytenant olan bir mikrobioloqdur. Döyüş əsnasında yapon düşərgələrində minlərlə rus və çinlini ağlasığmaz işgəncələrlə öldürüb. Onun “təcrübələr”indən bəziləri bunlardır: Narkozsuz orqan çıxarmaq, bədən üzvünün kəsilib bədəndə başqa bir yerə tikilməsi, bədənə bakteriya yeridib təsirlərini müşahidə etmək, qolları dondurub əmələ gələn qanqrenanı araşdırmaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir