1478670668_15046261_1272972022743909_1737620013_n

Metropark Park Cinema-da pulsuz Avstriya filmi nümayiş olunacaq – BAKIDA İLK DƏFƏ

Baxış sayı: 1. 896

Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə “STREIF – One hell of ride” filminin nümayişi keçiriləcək. 

Film noyabrın 11-i saat 18:00-da Metropark Park Cinema-nın 2-ci zalında olacaq. “Avropa Film Festivalı-2016” çərçivəsində verilən Avstriya filminə giriş biletlədir. Amma biletlər ödənişsizdir və film nümayişi günü səhər saat 10:00-dan etibarən Metropark Park Cinema-nın kassasından əldə oluna bilər. Film almancadır, ingilis dilində subtitrlərlə veriləcək. Filmin rejissoru Gerald Salmina, həmçinin dağdan eniş xizək yolunun yarış meneceri və filmin 2-ci prodüseri Aksel Naglich şəxsən filmin nümayişində iştirak edəcək. Nümayişdən dərhal sonra əsas qonaqlarla film diskussiyası keçiriləcək.
Avstriyanın Azərbaycandakı səfirliyi hər kəsi bu fimə baxmağa dəvət edir!



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir