nene

Nənələrdən bahalı kosmetik vasitələri əvəz edən gənclik reseptləri

Baxış sayı: 2. 114

Bahalı kosmetik vasitələr heç də hər zaman sağlam gözəllik vəd etmir. Ahıl yaşında gözəl görünmək üçün qadın özünə qulluq etməlidir. Əvvəllər nənələrimizin indiki kimi imkanı yox idi. Onlar gözəlliyini və gəncliyini qorumaq üçün müxtəlif üsullara əl atırdı.

Bağırsaqları təmizləmək və həzm sistemini yaxşılaşdırmaq üçün 1,5 çay qaşığı kətan toxumunu suya əlavə edib hər səhər acqarına asta-asta için. Həzm orqanlarının düzgün fəaliyyəti dərhal dəriyə də təsir göstərəcək. Kətan toxumu iltihabı, qızartını aradan qaldıracaq, nəticədə, üzün rəngi təravətli olacaq.

Rahatlanmaq üçün çox olmamaq şərti ilə üyüdülmüş qəhvə istifadə edə bilərsiniz. Çünki qəhvənin güclü ödqovucu effekti var, əgər öd kisəsində daş varsa, o zaman ondan ehtiyatla istifadə edin.

Normal çəkinizi saxlamaq üçün hər gün 150 qr. bişmiş çuğundur yeyin. Çuğundur yağ mübadiləsini tənzimləyir. Bundan başqa, bu tərəvəz qanın təmizlənməsi üçün çox faydalıdır.

Hər gün bir ovuc ürəyinizcə olan istənilən çərəz yeyin: qoz, fındıq, fıstıq. Bir ay sonra inanılmaz nəticə sizin üzünüzdə əks olunacaq. Onlarda böyük miqdarda doymamış yağ turşuları olduğu üçün həm dəri, həm dırnaq, həm saça müsbət təsir edir, hətta menstruasiya simptomlarını aşağı salır.

Aptekdən kapsul şəklində E vitamini və şüşə qabda qliserin alın. 30 ml olan qliserini və 10 kapsul E vitaminini qarışdırın. Qarışığı axşam yatmazdan 2 saat əvvəl təmizlənmiş dəriyə çəkin. Artıqları kağız salfetlə silin.

Quru xardal tozu saçları cəmi bir ay ərzində möhkəmlətməyə qadirdir. İki çay qaşığı xardal tozu, 2 çay qaşığı zeytun yağı, 2 çay qaşığı şəkər tozu və 2 çay qaşığı qaynar suyu töküb qarışdırın. Qatı hala gələnə qədər yaxşıca qarışdırın. Maskanı saçda 15 dəqiqəyə qədər saxlayın, sonra ilıq su ilə yuyun.

Saçları yumşaltmaq və ona parlaqlıq vermək üçün bu maskanı həftədə bir dəfə tətbiq edin. Yadda saxlayın ki, xardal saç dibini yüngülcə yandıra bilər. Lakin yaxşı nəticə əldə etmək istəyirsinizsə, maskanı lazımi qədər saxlayın.

Saçınızı şampunla yuduqdan sonra içinə 1 xörək qaşığı sirkə əlavə edilmiş 1 litr su ilə yuyun. Heç bir balzam saçları sirkə qədər yumşalda bilməz.

Dabanlarda codlaşmış dərini yumşaltmaq üçün bir neçə damcı lavanda və ya nanə yağını kərə yağı ilə qarışdırıb hər axşam çəkin. Effektli nəticə əldə etmək üçün yatarkən corab geyinin.

Kirpiklər üçün gənəgərçək yağından yaxşı vasitə ola bilməz. Hər gecə yatmazdan əvvəl kirpiklərə bu yağdan sürtün.

Duz skrabı dərini ölü hüceyrələrdən təmizləməyə və ləkələrlə mübarizə aparmağa yardım edəcək. Vanna və ya duş qəbul etməzdən əvvəl xamaya duz əlavə edib lazımi nahiyəyə dairəvi hərəkətlərlə masaj edərək çəkin. Lazımi proseduradan sonra ilıq su ilə yuyun.

İstənilən aptekdə satılan təbii bitki yağları dərini cavanlaşdırmaq, hətta dərin qırışları hamarlamaq qabiliyyətinə malikdir.

Bu məsləhətlərə mütəmadi əməl etsəniz, qocalma prosesini xeyli ləngidə bilərsiniz. Üstəlik, bu məsləhətlər sağlamlığınız üçün də faydalıdır. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir