aysu Eliyeva

Əsrimizin bəlası – internet asılılığı – PSİXOLOQ YAZIR

Baxış sayı: 776

Asılılıq deyiləndə ağıla ən çox “fiziki asılılıq” gəlir. Yəni bədənə kənardan daxil edilən maddəyə (tütün, alkoqol, ya da narkotik maddə) asılı olmaq, onsuz yaşaya bilməmək, hər dəfəsində artan dozada istifadə etmək təməl simptomlardandır. Təkcə maddənin yox, hansısa davranışın da asılısı ola bilərik. Son dönəmlərdə çox artan qumar və internet oyunlarına olan asılılıq araşdırılıb və davranışsal asılılıqlar olaraq tibb ədəbiyyatlarına daxil edilmişdir.

Son dönəmlərdə internetin həyatımıza girməsi və asan əlçatan olması səbəbilə internet asılılığı çox artıb. İnternet həyatımızda 4 istifadə dərəcəsi ilə yer alır.

  • Birincisi, interneti ən vacib halda və ehtiyacımız üçün istifadə edirik. Xəbərləşmək, bilgi əldə etmək və dünyada yenilikləri izləmək üçün tamamən ehtiyaca yönəlik istifadə şəklidir.
  • İkincisi, əyləncə və boş vaxt keçirmək məqsədilə düzənli və tez-tez internet istifadəsidir. Burada şəxs ehtiyacları xaricində interneti istifadə edir, ancaq limitli zamanla. İstədiyində dayandıra bilər. İradəsi daxilindədir.
  • Üçüncüsü, problemli internet istifadəsidir. Ehtiyaca yönəlik deyil, məhz əyləncə məqsədilə istifadə edilir. Fəqət bu istifadə ilə günlük yaşamında problemlər yaranmağa başlayır. Günlük edilməsi gərəkən öhdəliklərə məsuliyyətsiz yanaşılır. Məsələn, uşaq tapşırıqlarını vaxtlı -vaxtında yerinə yetirmir və evdəki məsuliyyətlərindən qaçır.
  • Dördüncüsü isə asılılıqdır. Uşaq və yeniyetmənin günlük yaşamındakı ən aktiv fəaliyyəti internetdir. Davamlı olaraq internetlə əlaqəli hədsiz məşğuldur. Əgər internet kəsilərsə, yaxud hər hansı başqa əngəl olarsa, şəxsdə gərginlik, yuxusuzluq, qəzəb, narahatlıq, hüzursuzluq kimi hallar yaşana bilir. Tapşırıqlarını və gündəlik öhdəliklərini etməz, məktəbə davamsızlığı artar, dərs uğursuzluğu yaşayar. Dostları ilə onlayn oyun xaricində digər fəaliyyətlərə, oyunlara qatılmaq istəməz.

komputer

Həyatın ilk 3 ili uşağın zehinsəl və duyğusal inkişafı baxımından ən həssas dönəmdir. Bu dönəmi doğru dəyərləndirmək, uşağı qorumaq və inkişafına yönəlik işlər aparmaq lazımdır. Bu baxımı ilk gündən etibarən ana verməlidir. Ana, uşağın qidalanma, təmizlik və yuxu kimi təbii ehtiyaclarını qarşılayan və uşaqla ilk sosial bağı quran şəxsdir. Təməl güvən duyğusunun yaranması, bu bağın sağlam qurulması ilə mümkündür. Ananın övladını oxşaması, sevməsi, qayğı verməsi, qucaqlaması ilə ana-övlad arasında duyğusal doyum təmin olunmuş olur.

Bəzi ana və atalar, yaxud dayələr uşağı saxlamaqda çətinlik çəkərkən çox vaxt televizor yaxud telefonda cizgi film qarşısına oturtmağı seçirlər. Reklam və musiqi klipləri uşaqların çox diqqətini çəkir. Hətta hipnoz edirmiş kimi uşağı televizor ekranına daha da bağlayır. Bütün bunlar uşaqda gec danışmaq, nitqin ləngiməsi,  söz ehtiyatının zəifliyi,  kommunikasiya və ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb olur. Bunun üçün də 2.5-3 yaşdan öncə uşaqları tv, telefon ilə tanış etməyək. Növbəti yaş dönəmlərində isə uyğun olacaq oyun və cizgi filmləri bizim nəzarətimiz altında oynamasına və izləməsinə icazə verək. Uzun müddət ekrana məruz qalan uşaqlarda körpəlik dönəmindən başlayan ünsiyyət problemləri, özünü ifadə etmə və problem həll etmə bacarıqlarında ləngimələr, motor bacarıqlarda əskikliklər görülür. Uşaqlarda internet asılılığının qarşısını almaq üçün özümüz də internet və telefon istifadəsi barədə bilgili olmalıyıq . Bunun sayəsində övladımızın internetdə nə etdiyini anlaya bilər, təqib edə bilər hətta təhlükələrdən qoruya bilərik.

Bəzi uşaq və yeniyetmələr, internet asılılığı baxımından risk daşıyırlar.  Xüsusilə impulsivlik və DƏHP’ su olan uşaqlar  iradəsini kontrol etməkdə, istəklərini idarə etməkdə çətinlik çəkdikləri üçün kompüter, televizor qarşısından qalxmaqda çətinlik çəkə bilərlər. Diqqət əskikliyi olan uşaq və yeniyetmələr xəyali oyunlara hədsiz düşkündürlər. Oyunların tərkibi və cazibəsi onlari ekrana daha da kilidləyir.

Sosial fobiyası olan, çəkingən, içinə qapanıq və sosiallaşmaqda çətinlik çəkən uşaq və yeniyetmələr onlayn oyunlara girmək məqsədi sosiallaşmaq, dost ehtiyacını təmin etməkdir. Ailə münasibətləri yaxşı olmayan, özünü tək hiss edən uşaqlar bu oyunları problemdən qaçış yolu olaraq da istifadə edə bilərlər.

komputer

  • İnternet asılılığı olan yeniyetmələrdə görüləbiləcək psixoloji problemlər

-Depressiya

-İntihar düşüncəsi

-Düşmənlik, qəzəb duyğusu

-Asosiallıq

-Maddə asılılığı ( tütün, narkotik, içki , qumar və s)

-Təlim və dərs fəaliyyətində uğursuzluqlar.

 

Müalicə zamanı əsas məqsəd uşağın, yeniyetmənin interneti kontrollu istifadə edə bilməyi öyrənməsidir. Uşağın həyatına anlam qatacaq və asudə zamanını dəyərləndirib ona zövq verməsini təmin edəcək idman, fəaliyyət növü tapmaqdır.

 

Psixoloq Aysu Əliyeva




5 şərh “Əsrimizin bəlası – internet asılılığı – PSİXOLOQ YAZIR

  1. Xalidə Kərimli

    Çox sağ olun, maraqlı yazı üçün. Sayta da, təşəkkürlər, müəllifə də həçminin

    Cavabla
  2. Fidan

    Dövrümüzdə ən aktual problemlərdən biridir. Əllərinizə sağlıq , çox faydalı oldu
    Yazılarınızın davamlı olmasını diləyirəm🫶Elminiz bol olsun

    Cavabla
  3. Mədinə

    Allah bütün övladları qorusun. Sağlam böyüsün hər biri. Yazınız çox faydalı oldu təşəkkür edirəm

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir