19.07.2024 cü il Maştağa mədəniyyət mərkəzində şairə Sevda İbrahimlinin Naxçıvan və Maştağa şəhidlərinə həsr edilən “Ölməz Qəhrəmanlar” adlı kitabının dövlət səviyyəli təqdimatı keçirildi.
Tədbirdə şəhid anaları, tanınmış ziyalılar iştirak etdilər.
AYB nin üzvü aparıcı Cəbrayıl Qənbərli və Telan Şahmar qızı Cəbiyeva tədbiri açıq elan etdilər. Azərbaycan Respublikasının Himni səsləndirildi.Vətən müharibəsində qəhrəmancasına həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra giriş sözü Azərbaycan Respublikası Milli məclisinin deputatı, Aydın Mirzəzadəyə verildi. Fəxri qonağımız, Cənab Ali baş komandan İlham Əliyevin güclü siyasəti nəticəsində 44günlük haqq davasında 30 il işğalda olan torpaqların geri alınmasından, igid oğullarımızın şücayətindən danışdı. Sonra Millət vəkili şairəni təbrik edərək öz ürək sözlərini dilə gətirdi. Sevda İbrahimlinin Azərbaycanın qəhrəman oğullarına həsr etdiyi “ÖLMƏZ QƏHRƏMANLAR” kitablarının hər şəhidə aid üz qabığı ilə nəşr olunmasını Azərbaycanda unikal olduğunu vurğuladı. Şairəyə yaradıcılıq uğurları arzuladı.
Tədbirdə iştirak edən şəhidlərimizin anaları, eləcə də generalımızın bizə əmanət etdiyi Səmayə anamız tədbirdə çıxış edərək tədbiri rövnəqləndirdi.
44 günlük müharibədə Maştağa kəndinin birinci şəhidi Bəhruz Elman oğlu Əliyevin anası Qərənfil ana tədbirdə çıxış edərək şairəyə, şəhidini sevən, hörmət edən hər bir tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Veteran və qazilərimizin iştirakı da tədbirimizə xüsusi rəng qatdı. Öz döyüş yoldaşlarının yad edilməsini böyük rəğbətlə qarşılayan qazilərimizə söz verildi. Tədbirdə Naxçıvan “Qazilər ictimai birliyinin üzvləri ” Şəhidlər Zirvəsi” layihə rəhbəri,şəhid analarının daima yanında olan Vaqif Şahsuvarov və Rasim Zülfüqarlı, şair dostlarımız İbrahim Yusifoğlu, Qumru Qüdrət, Püstə Rəvan və Nəsibə İsrafilqızı qiraətçi Bəhiyyə Nağıyeva,Təhsil meneceri Babək Rəcəbli, iştirak etdilər. Tədbirdə şairənin sözlərinə həsr olunmuş vətənpərvər mahnıları,”Şəhid Anası”‘ Zəngilan şəhidimiz Xəqani Məmmədovun xatirəsinə yazılan “Şəhid Balam”, “İgidlər Marşı ” sədaları altında bu möhtəşəm tədbir üç saat davam etdi.
Şairə hər bir qonağına tədbirdə iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirdi.
TELAN tədris mərkəzinin rəhbəri, şairənin qızı Gülnarə Cəbiyeva çıxış edərək “TELAN” təlim tədris nitq inkişaf mərkəzi və “Vətənə Sevdalılar” İctimai birliyi, eyni zamanda “Naxçıvan Qaziləri” ictimai birliyi adından şairəyə prezidentimizin Dəmir yumruq simvolu ” Dəmir yumruq ” mükafatını təqdim etdi.
TELAN tədris mərkəzinin baş psixoloqu Fazilə Camalova çıxış etdi.Şəhid və qazi ailələrinin yanında olduğunu bildirdi.
Şairə Nəsibə İsrafilqızı tədbirdə çıxış edərək, Qırğızıstanın “TURAN” birliyi mükafatını şairə Sevda İbrahimliyə, TELAN tədris mərkəzinin rəhbəri Gülnarə Cəbiyevaya və eləcə də TELAN TƏDRİS mərkəzinin baş psixoloqu Fazilə Camalovaya təqdim etdi.
“Dədə Qorqud” Milli Fondunun idarə heyətinin üzvü, “Azərbaycan Dünyası ” Beynəlxalq dərgisinin əməkdaşı, və “Carçı ” dərgisinin baş redaktoru və.s bir çox tanınmış ziyalılar iştirak etdilər.
Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin l vitse prezidenti Ruhiyyə Poladova və DAMM-nin Ekspertlər Şurasının sədri, AJB- nin üzvü,yazıçı- publisist Nəzakət Əhmədova şairə Sevda İbrahimlini “ÖLMƏZ QƏHRƏMANLAR” kitabına və Şəhid, qazi ailələrinə və Azərbaycan Mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “FƏXRİ FƏRMAN”la təltif etdilər.
Sonda xatirə fotoları çəkildi.
Gülnarə Cəbiyeva
“Telan” tədris mərkəzinin direktoru
44- gün qəhrəmanları daima əbədi yaşayacaqlar