Couple at coffee bar

Onun sizdən xoşu gəlir? – Əmin olmaq üçün 7 ipucu

Baxış sayı: 1. 652

Kişiləri tanımaq elə də çətin deyil. Çünki, demək olar ki, müəyyən məqamlarda hamısı eyni davranırlar. Odur ki, bir adamın sizdən xoşu gəldiyindən şübhələnir, amma əmin ola bilmirsinizsə, onun göz və bədən hərəkətlərinə fikir verin.

“Gencaile.az” qadının təsirinə düşən kişilərin davranışını təqdim edir:

 

1.Sizi görəndə göz bəbəkləri böyüyürsə…

Xoşuna gələn birini və ya bir əşyanı görən hər insanın göz bəbəkləri böyüyür. Gözlərinə fikir verin, əgər sizə baxanda göz bəbəkləri böyüyürsə, bu, sizdən xoşu gəldiyini sübut edir.

 

2. Bədəni sizə tərəf dönübsə…

Onunla danışarkən bədəninin hansı tərəfə döndüyünə fikir verin. Başını siz tərəfə döndərə bilər, ancaq əsas bədəninin hansı tərəfə meyl etdiyidir. Əgər qapıya tərəf dayanıbsa, deməli, ürəyi sxılır və getmək istəyir. Ancaq daim sizə tərəf dayanırsa, deməli, artıq onu öz təsiriniz altına salmısınız.

 

3. Dodaqlarına toxunursa…

Mütəmadi olaraq dodaqlarına toxunması sizinlə öpüşmək istədiyənə işarədir. Dodaqlarını dişləyirsə, bu da eyni mənanı verir. O özü də fərqində olmadan sizinlə öpüşmək istədiyini büruzə verir.

 

4. Hərəkətlərinizi təkrarlayırsa…

Əgər bir kişinin sizdən xoşu gəlirsə, söhbətə başladıqdan bir müddət sonra hərəkətlərinizi yamsılamağa başlayacaq.. Siz saçınızı düzəldəndə o da saçlaırnı düzəldəcək, siz əllərinizlə oynadıqda, o da eyni şeyi edəcək.

Sevgi

5. Qaşlarını qaldırırsa…

Əgər bir kişi sizi bəyənibsə, ilk görüşdə qaşlarını yuxarı qaldıracaq. Bu, sizi çox cazibədar hesab etdiyini göstərir.

 

6. Daha səliqəli olmağa çalışırsa…

Əgər yeni tanış olduğunuz biri sizinlə görüşə gələrkən özünə çox fikir veribsə, hər zamankından daha səliqəli geyinibsə, bu, sizi həqiqətən bəyəndiyinə işarə edir.

 

7. Sizə toxunmaq üçün bəhanə axtarırsa…

Əgər üzünüzə düşən kirpiyi götürməyə, küləyin pozduğu saç düzümünüzü düzəltməyə çalışırsa, sizdən çox xoşu gəldiyinə əmin olun. Danışarkən tez-tez qolunuza toxunursa, bu, sizdən çox təsirləndiyini göstərir.

sevgi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir