Oskürəkdən qurtulmaq üçün 10 təbii vasitə

Baxış sayı: 2. 711

Öskürək orqanizmin təbii müdafiə reaksiyasıdır. Öskürək zamanı nəfəs yolları mikroblardan və onların toksinlərindən, selikdən, tozdan təmizlənir. Soyuqdəymə zamanı öskürək ilk simptom kimi meydana çıxır və insan sağaldıqdan sonra ən axırıcı yox olur.
Öskürəklə mübarizə etmək üçün bir çox xalq təbabəti vasitələri mövcuddur. Onlardan ən təsirli və sınanmış 10 vasitəni sizə təqdim edirik.
1. Süd “Borjom”la. Mineral suyun qazı çıxarılır, ilıq südlə yarıbayarı qarışdırılır və gün ərzində 2-3 dəfə 1 stəkan olmaqla içilir.
2. Kişmiş dəmləməsi. 1 ovuc kişmişin üzərinə 1 stəkan qaynar su əlavə edilir. 1 saatdan sonla ilıq şəkildə içilir.
3. Doşab. 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq süddə həll edin və xəstəyə gün ərzində 2-3 dəfə verin.
4. Biyan kökü dəmləməsi. 1 xörək qaşığı biyan kökü 1 stəkan qaynar suda dəmləyin, 1/2 saatdan sonra süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla ilıq şəkildə qəbul edin.
5. Əncir qurusu südlə. 2-3 əncir qurusunun üzərinə 1 stəkan qaynar süd əlavə edin və 2-3 dəqiqə ərzində vam odda qapağı kip bağlı qazanda qaynadın. Süd ilıq şəkildə gündə 2-3 dəfə içilir. Meyvələri də yemək olar.
6. Süd + bal. İlıq süddə 1 çay qaşığı bal həll edin və gün ərzində 2-3 dəfə için.
7. İsti ayaq vannaları nəfəs yollarında spazmın azalmasına kömək edir və öskürəyi müalicə edir. Axşam yatmazdan əvvəl isti ayaq vannasını edin (suya xardal əlavə etmək olar).
8. Qara turp balla. Axşamdan qara turp sürtgəcdən keçirilir, üzərinə 1 xörək qaşığı bal əlavə edilir. Səhər alınmış şirəni süzün və gün ərzində bir neçə dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Bu şirəni ilıq südə əlavə etmək olar.
9. Zəncəfil çayı. Təxminən 4-5 sm uzunluqda olan zəncəfil kökü sürtgəcdən keçirilir və 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Daha sonra dəmləmə süzülür, 1 çay qaşığı bal və 1/2 limonun şirəsi əlavə edilir və ilıq halda gündə 2-3 dəfə içilir.
10. Yod “setka”sı da öskürək zamanı çox yaxşı sınanmış vasitədir. Ağ ciyər nahiyəsində çəkilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir