USAQ

Özünü qiymətləndirmə üçün 10 məsləhət

Baxış sayı: 737

Övladınızın özünü qiymətləndirmə səviyyəsinin düzgün formalaşması üçün aşağıdakı 10 məsləhətə diqqət edin:

1) Səbəbsiz təriflərdən uzaq olun. Yersiz təriflər övladınızda düzgün olmayan özünü qiymətləndirməyə səbəb olar ki, bu da  həyatında bir sıra əngəllərin yaranması ilə nəticələnər. Əgər övladınız təriflənəcək bir iş görməyibsə və ya etdiyi davranış tərifləməniz üçün əsas vermirsə yalançı  təriflər etməyin.

2) Öz istəklərinizə görə övladınızı yönəltməniz  yanlış davranışdır ki, bu zaman o öz bacarığı, edə biləcəklərinin xaricində işlər etməyə məcbur olacaq ki, sizin istəklərinizi yerinə yetirərək sizin üçün önəmli olsun. Bacara bilmədiyində isə  əldə etdiyi uğursuzluq özünü qiymətləndirmə səviyyəsinə təsir edər.

3) Övladınızı dərs nəticələrinə görə qiymətləndirməyin. Övladınızı var olduğu kimi dəyərləndirin. Belə bir üsulu dərsdə uğurlar əldə etməsi üçün seçmisinizsə bu heç də məqsədəuyğun deyil.

4)Yenilik axtarışında olan övladınıza mane olmağa çalışmayın. Yeni bir nəsə etmək istəyirsə “etmə”, “bacarmazsan”, “sənlik deyil”  kimi ifadələrin əvəzinə təhlükəsizliyini təmin edərək ona dəstək olun.

5) Yoldaşları, dostları, bacı və ya qardaşları və digərləri ilə müqayisə etməniz övladınızda bir sıra psixoloji problemlərə, eyni zamanda özünü qiymətləndirmə səviyyəsinə mənfi  təsir edər.

6) Ailədə bir sıra edə biləcəyi işlərdə sizlərə yardımçı olmasına şərait yaradın. Sizə yaxınlaşıb kömək etmək istəyən övladınızı uzaqlaşdırmağınız məqsədəuyğun deyil.

7) Ailədə bir neçə övladınız içərisində hər zaman bir övladınızı seçərək ona iş buyurmanız, tərifləməniz və s. digər övladlarınızın özünü qiymətləndirmə səviyyəsinin qeyri-adekvat aşağı olmasına səbəb olar.

8) Övladınızı digər insanların (qonşuların, qohumların, tanışların) yanında xoş tutmanız, onların diqqətini çəkməyiniz üçün  tərifləməniz yanlış üsuldur.

9) Övladınızın düzgün olmayan davranışını digər insanlarla müzakirə etməyin. Eyni zamanda digərlərinin yanında  övladınıza tənqidi münasibətiniz onun  özünü düzgün olmayan adekvat aşağı qiymətləndirməsinə səbəb olar.

10) Övladınızı yalnız öz uğurlarına deyil, eyni zamanda dostlarının uğurlarına sevinə biləcək, onların uğurları ilə maraqlana biləcək bir insan olaraq tərbiyə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir