qadin

Qara şalvarla bu rəngdə ayaqqabı geyinməyin – XANIMLARA MƏSLƏHƏT

Baxış sayı: 1. 523

Bəzən hansı rəng şalvarla necə ayaqqabı geyinəcəyimizi seçmək çətin olur. Seçim çox olduğu üçün nəyi nə ilə kombinləyəcəyimizə qərar verə bilmirik. “Gencaile.az” sizə bununla bağlı faydalı məsləhətlər verir.

 

Ağ şalvarlar

Ağ dünyəvi rəng olduğundan hər rəngdə ayaqqabı ilə xoş duracaq. Amma ağ şalvarı qara ayaqqabı ilə geyinməyin. Qara əvəzinə yaradıcı rənglər istifadə edin. Məsələn, süd rəngini…

 

Boz şalvarlar

Boz rəngli şalvarınızı hər hansı bir əsas rəng ayaqqabı ilə rahat şəkildə geyinə bilərsiniz.

Əgər fərqli görünüşlü bir ayaqqabı geyinmək istəyirsinizsə və ayaqqabı ilə nə uyğunlaşdıracağınızla bağlı qərarsızsınızsa, o zaman boz şalvarınızı geyinin.

 

Qara şalvarlar

Qaranın hər rənglə uyğun olduğunu hər kəs bilir. Amma əslində qara ilə hər şey uyğunlaşmaz. Məsələn: ağ, tünd qəhvəyi, boz ayaqqabılarınızı qara şalvarla kombin etməməlisiniz. Qara şalvarlarınızla daha parlaq rəngləri seçməlisiniz.

 

Berj, pudrarəngi şalvarlar

Berj və pudrarəngi şalvar geyindiyinizdə ayaqqabılarınızı açıq və parlaq tonlarda seçməlisiniz. Kəskin bir kontrast yaratmaq üçün qətiyyən qara geyinməyin.

 

Açıq qəhvəyi şalvarlar

Açıq qəhvəyi şalvarlarla qara, ya da boz ayaqqabılar geyinməyin. Onun yerinə yaşıl ayaqqabılar, ya da ağ rəngli hündürdaban ayaqqabı geyinə bilərsiniz.

 

Tünd qəhvəyi şalvarlar

Bu, kombinlənməsi ən çətin rənglərdən biridir. Əsla boz və ya qara ayaqqabılarla tünd qəhvəyi şalvar geyinməyin. Bunun əvəzinə yaşıl, ya da firuzəyi ayaqqabı istifadə edin.

 

Mavi şalvarlar

Mavi cins rəngləri istər açıq, istər tünd olsun hər rənglə uyğundur. Qara botlarla şıq görünə bilərsiniz.

 

Yaşıl şalvarlar

Yaşıl şalvar geyindikdə tək geyinməyəcəyiniz ayaqqabı rəngi yaşıldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir