deniz

Qışda da dənizə getmək faydalıdır

Baxış sayı: 478

Bədəni, immuniteti və sinirləri möhkəmlətmək üçün il boyu dənizə getmək lazımdır. Bu sözləri Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova dənizin sağlamlaşdırıcı xassələrindən danışarkən dedi.

Nermine Abbasova

“Yayda çimərliyə getmək günəş vannası qəbul etmək üçün vacibdir. Bu zaman D vitamini artır.

Amma təkcə bununla məhdudlaşmır.

Dəniz suyu və havası yodla zəngindir. Yod isə hormonal balansın əsasıdır.

Qum üzərində ayaqyalın gəzmək sinirləri, əzələləri rahatladır, möhkəmlədir, dərinin immunitetini artırır.

Dəniz bədənə gümrahlaşdırıcı və rahatladıcı təsir edir. Ona baxmaq göz, beyin, psixika üçün faydalıdır.

Gərgin işdə çalışanlar həftədə 2 dəfə dənizə getsin.

Payızda qışda küləksiz, yağışsız havada səhər 10-12 arası dənizə getmək müalicəvi təsir edir.

O, immuniteti möhkəmlədir, bronxları təmizləyir, qalxanvari vəzə təsir edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir