qayganaq salati

Qayğanaq salatı necə hazırlanır?

Baxış sayı: 475

Sizə az ərzaqla hazırlanan, çox yüngül və maraqlı dadı olan bir salat resepti teqdim edirik Adətən salatlara yumurtanı qaynadılmış formada istifadə edirik. Bu salatda isə yumurta qızardılmış-qayğanaq şəklində istifadə olunacaq.

 

Lazım olan ərzaqlar:

200 qr toyuq döş əti

3 ədəd yumurta

200 qr qarğıdalı konservi

3-4 orta boy duzlu xiyar

Mayonez

Duz

İstiot

Bitki yağı

 

Yumurtaları tək-tək bir qabda duz, istiot vurmaqla çırpın. Hər yumurtanı ayrıca az yağda qızardın. Hazır olan omletləri nazik, uzun doğrayın. Toyuq ətini suda qaynadıb didin. Turşu xiyari nazik, uzun doğrayın. Konserv qarğıdalının suyunu süzüb salata əlavə edin. Sonda duz, istiot və mayonez vurub bütün ərzaqları qarışdırın. Fərqli salat resepti axtarırsınızsa bu salatı bəyənəcəyinizə inanırıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir