test

Realist, yoxsa xəyalpərəstsiniz? – TEST

Baxış sayı: 1. 480

1) Uzaq bir nağıllar aləmində yaşamaq istərdinmi?

A) Hə, yaxşı olardı ( 1 )

B) Yalnız tətil zamanı ( 2 )

C) Yox, mənə burda da yaxşıdır ( 3 )

 

2) Sən bütün pullarını hansısa lazımsız, amma gözəl şeylərə xərcləyə bilərsən mi?

A) Ola bilər, onun keyfiyyətindən asılıdır ( 2 )

B) Yox, heç vaxt (3 )

C) Hə əlbəttə ( 1 )

 

3) Az və gec maaşı verilən, lakin çox maraqlı bir işlə məşğul olardın?

A) Yox ( 3 )

B) Bəlkə də, əgər iş doğurdan da maraqlıdırsa, pul vacib deyil ( 1 )

C) Şeflə danışardım ki, iş də əldən getməsin ( 2 )

 

4) Hansı tip insanlarla birgə kollektivdə çalışardın?

A) Mehriban və xeyirxah ( 1 )

B) Əla mütəxəssislə ( 3 )

C) Həm şəxsi, həm də mütəxəssis keyfiyyətləri yüksək olan ( 2 )

 

5) Xəyallara tez–tez dalırsınız?

A) Bəzən, amma əvvəllər daha çox ( 2 )

B) Hə, hər zaman… ( 1 )

C) Yox, məncə bu mənasızdır ( 3 )

 

6) Insanlara etibar edirsiniz?

A) Əlbəttə ( 1 )

B) Hərdən ( 2 )

C) Çox az hallarda ( 3 )

 

7) İnsanlar gərək öz xoşbəxtliklərini əldə etsinlər

A) Xoşbəxtlik özü gələcək ( 1 )

B) Xoşbəxt olmaq üçün gərək əziyyət çəksinlər ( 3 )

C) Sadəcə təkan verməliyik ( 2 )

 

8) Oxuduğun ədəbiyyatlar içində hansısa qəhraman olmaq istərdin?

A) Yox, mən ki, uşaq deyiləm ( 2 )

B) Yox, özüm olmaq istərəm ( 3 )

C) Hə, elə bir idealım var ( 2 )

 

9) Inanırsınız ki, arzular gerçəkləşir?

A) Hə ( 1

B) Ola bilsin (2 )

C) Yox, uydurmadı ( 3 )

 

10) Sizin şefiniz dünən sizə qarşı kobud rəftar edib, lakin bugün üzünüzə gülür, çay içməyə dəvət edir. Sizcə niyə?

A) Yaltaqlanır… mənim işimi əlimdən almaq istəyir ( 3 )

B) O bilir ki, mənimlə dost olmaq yaxşıdır ( 2 )

C) O, bu üsulla üzr istəyir ( 1 )

 

TƏLİMAT: seçdiyiniz variantların qarşısındakı rəqəmləri toplayın və nəticəyə baxın.

 

NƏTİCƏ : 

10 – 16 bal arası : siz zərif bir insansınız. Belə qənaətə gəlmək olar ki, siz reallıqdan çox xəyallarla yaşayırsınız, lakin möcüzələrə inamınız bəlkə də sizi sudan quru çıxartmağa kömək ola bilər. Istəyinizə nail olmaq üçün çətinliklərdən qorxmayın və ayıq olun! Qarşınıza məqsəd qoyun və ona nail olacağınıza inanın!

17 – 23 arası: qəlbinizin dərinliklərində siz dünyada romantikanın çox  olmasını istəyirsiniz, lakin dünya ilə ayaqlaşmaq üçün onun qaydalarına riayət etməli olursunuz. Amma çalışın ki, ara – sıra fantaziyalara da zaman ayırasınız.  Onda həyat daha rəngarəng olar.

24 – 30 arası: siz realistsiniz! Özü də təpədən dırnağa qədər. Durduğunuz yerdən bərk yapışmısınız. Hər şeyə çəhrayı pərdə arxasından baxan insanları isə heç anlamırsınız. Deməli sizin həyatınızda ideallar və arzularla birgə göylərdə uçmağa meyil yoxdur. Amma arzulamağın insan orqanizminə faydası çoxdur. Ara – sıra xəyal qursanız yaxşı olar. Bu həyatı asanlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir