yemek

Səhər yemək yeməmək nəyə səbəb olur?

Baxış sayı: 157

“İş yerinizdə çalışqan beyin və bol enerji istəyirsinizsə, “əsəblərim daha sakit olsun”, deyirsinizsə, səhər yeməyinizi vaxtında yeyin və faydalı qidalar qəbul edin”.

Bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva deyir.

Həkim bildirir ki, ac qarına olmaq daha əsəbi, həssas olmağa səbəb olur: “Bu da sizə və ətrafdakılara mənfi təsir edir. Davamlı stress və əsəb, xroniki hal ala bilər, bunu unutmayın. Uzun müddət ac qaldıqdan sonra isə, çox vaxt “hirsinizi yeməkdən çıxırsınız”. Bu da artıq çəki kimi ciddi problemlərə yol açır. Diqqətli olun, stress və əsəb, əlbəttə, piylənmə də, işemik insultun risk faktorlarından biridir!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir