sevgi

Sevgiyə zərər verən vərdişlər hansılardır?

Baxış sayı: 2. 113

Sevgi nə qədər güclü olsa da, zamanla münasibətlərdə çat yaranır. Maddi və mənəvi sıxıntılar, iş həyatındakı problemlər sevgiyə də təsirsiz ötüşmür. Lakin bunlardan başqa bəzi xüsusiyyətlər qarşı tərəfi təngə gətirə bilər. “Gencaile.az” “Cosmo.ru” saytına istinadən sevgiyə zərər verən vərdişləri təqdim edir:

 

Mən yaxşıyam deməyin

Ofisdə, yaxud da evdə ailənizlə mübahisə edə bilərsiniz. Sizdən necə olduğunuzu soruşanda ona yalandan “Mən yaxşıyam” deməyin. Gününüzün necə keçdiyini, ya da başınızı nə ilə məşğul olduğunu deyin. Əks halda sevgiliniz ondan incidiyinizi düşünə bilər. Ünsiyyət sevgini gücləndirir.

 

Öpüş göndərməyi unutmayın

Fiziki təmas, şəfqət dolu baxışlar və öpüşlər olmasa, münasibətlərinizin dostluqdan nə fərqi olar? Həyatın gətirdiyi sıxıntı və məsuliyyətdən dolayı unutduğunuz bu duyğuları nə qədər gizlədəcəksiniz? Bu bir növ saxtakarlıqdır. Görüşə gedəndə, yaxud sağollaşanda qəfildən onu öpüşlərə qərq edin. Diqqət və qayğını ondan əsirgəməyin.

 

Telefonuna xəbərsiz baxmayın

Həyat yoldaşınız, yaxud sevgilinizin telefonunu gizlin alaraq gələn zənglərə, ya da mesajları oxumaq ona olan inamınızı zədələyəcək. Əksinə, sizi daha da şübhəyə salacaq. Həya yoldaşınıza güvənmirsinizsə, bu münasibətlərin nə anlamı qalır ki? Ən qorxulusu isə telefonuna ondan xəbərsiz baxdığınızı görəndə vəziyyət lap pisləşəcək və gözündən düşəcəksiniz.

 

Əvvəlki sevgilisi ilə müqayisə etməyin

Keçmişi unutmasanız, münasibətləriniz zəhərlənməyə məhkumdur. Sevglinizi daim əvvəlki sevgilinizlə müqayisə etməklə ona ən böyük pisliyi etmiş olarsınız. Sevgilinizin xoşa gəlməz xüsusiyyətlərini bu şəkildə dəyişdirə biımərsiniz. Bu müqayisə sizi ancaq ayrılığa məhkum edər.

 

Dostlarınızla nə danışdığınıza diqqət edin

Dostlarla dərdləşmək, məsləhətləşmək normal haldır. Amma sevgidən söhbət düşəndə diqqətli olmalısınız. Problemlər və sirlə iki insan arasında qalmalıdır. Buna görə də dostlarınızla danışan zaman sərhədi aşmayın. Sevgiliniz problemləri başqasından eşidərsə, bu münasibətlərinizə böyük zərər verər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir