suat Kaya 1

Suat Kaya: “Qızlarımla bağlı suala cavab vermək istəmirəm” – EKSKLÜZİV MÜSAHİBƏ

Baxış sayı: 2. 294

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının qonağı futbol üzrə Türkiyə milli komandasının və 2000-ci ildə UEFA kubokunu, ardınca isə UEFA Super kubokunu qazanan “Qalatasaray”ın əfsanəvi futbolçularından olan Suat Kayadır.

 

–  Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə idi?

– Futbolçu olmağa qərar verəndə ilk olaraq bu məsələni anama dedim, çünki atam bu sahəyə yönəlməyimin əleyhinə idi. Sonradan anamla birlikdə atamı futbolla məşğul olmağa icazə verməsi üçün razı saldıq.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşənin sahibi olardınıız?

Sözün açığı, uşaqlıqdan sırf futbola həvəsim olduğundan başqa işlə məşğul olmaq haqda heç düşünməmişdim. Ona görə də bu suala cavab verməkdə çətinlik çəkirəm.

 suat

–  Ailə qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə evlənməyə tərəddüd etmədi ki?

Hələ uşaq yaşlarımdan həyat yoldaşımı sevirdim. Kiçik yaşlarımdan bütün günümüz birlikdə keçirdi deyə bir-birimizə yaxşı bələd idik. Elə ona görə də heç bir problem olmadı. O dövrdə futbolçuların gənc yaşlarında ailə qurması dəbdə idi deyə erkən evlənmişəm, çünki özüm də bunu istəyirdim.

 

–  Sizcə, ailə qurnağın bir futbolçu üçün müsbət və mənfi tərəfləri hansılardır?

Ailə qurmağın ancaq müsbət tərəfləri haqda danışa bilərik. İstənilən peşə sahibi üçün bu məsələ birmənalı olaraq belədir ki, ailə quran adamın həyatında bəlli bir intizam olur.

 

– Tanınmış futbol adamları daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

Ailəm mənim üçün çox önəmlidir. Həyatımın son 32 ili ailəmlə birbaşa bağlıdır. Hər şeyi ailəmlə paylaşdığım üçün aramızda qısqanclıq yox, hörmət var və hər keçən gün bu hörmət böyüyür. Yaxşı ailə başçısı olduğum üçün həyat yoldaşım və qızlarım, istənilən səviyyədə futbolçu karyeram olduğu üçün isə futbol camiəsi mənə hörmətlə yanaşır.

sua33

– Futbol elə bir peşədir ki, əksər hallarda evdən kənarda olmalı olurdunuz. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz? Hansı ki, məşqçi kimi də eyni çətinliklərdən söhbət gedir.

 – Futbol elə bir peşədir ki, istər-istəməz sevdiklərindən uzaq olursan. Amma bu peşəni seçməzdən öncə bu çətinliyi gözə alırıq. Təbii ki, təlim-məşq toplanışları, gündəlik məşqlər, oyunlar və uzaq səfərlər ailəmizə vaxt ayırmağımızı əngəlləyir. Belə olduqda isə darıxma hissi özünü göstərir. Amma o da var ki, futbolçu uğurlu mövsüm keçirəndə bu çətinlikləri az da olsa unudur.

 Suat kaya 3

– Bildiyimiz qədəriylə iki qız atasısınız. Maraqlıdır, qızlarınız azərbaycanlı bir bəylə ailə qursaydı, buna münasibətiniz necə olardı?

Hər hansı türkiyəli valideynə bu barədə sual verdəniz, o bu haqda danışmaq istəməz. Elə mən özüm də qızlarımla bağlı suala cavab vermək istəmirəm.

 

–  Hansı futbolçularla ailəvi dostluğunuz var?

–  Keçmiş komanda yoldaşlarımın əksəriyyəti ilə vaxt tapdıqca görüşürük. İllər ötsə də, dostluq münasibətlərimiz hələ də davam edir.

 

– Əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

Çox az yatıram. Hətta nə qədər yorulsam da, çox yatmaq kimi bir vərdişim yoxdur. İmkanım olsaydı, az yatmaq xususiyyətimi dəyişərdim.

 suat7

– Tanınmış futbol adamı olmaq sizə gündəlik həyatınıza necə təsir edir?

İnsanlar tərəfindən sevilmək təbii ki, xoşdur. Gündəlik həyatda çox sayda insanla vaxt keçiririk. Tanınmış adam olmaq bizi daha da diqqətli davranmağa sövq edir. İstənilən halda sadəliyimizi qorumağa çalışırıq. Ən azı mən özüm sadəliyimi qorumağa çalşıram.

 

–  Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

Futbolçu kimi karueramın böyük hissəsi uğurlarla zəngindir. Çox az hallarda “futbol ili”ni uğursuzluqla qapamışıq. Təbii ki, həmin dövr duyğusal xatirələrlə, gülməli hadisələrlə zəngindir. Qismət olarsa, bu hadisələr haqda sizə üzbəüz danışaram. Hələlik isə Türkiyəsən Can Azərbaycana salamlar və sayğılar.

 

Söhbətləşdi: Tural Məmmədov

suat

GALATASRAY

suat 67

SUAT KAYA 5

suat 8




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir