qadin

Tabular dağıldı: kişilər bu qadın bədənlərini ideal hesab edirmiş

Baxış sayı: 1. 792

Yeni araşdırma qadınların incə bədən quruluşuna sahib olmaq istədiklərini, kişilərinsə əksinə, daha kök qadınları bəyəndiklərini müəyyən edib.

Kişilər və qadınlar üçün ideal bədən quruluşu anlayışları, sən demə, tamamilə fərqli imiş. Araşdırma nəticəsində məlum olub ki, kişilərin böyük sinəli Kim Kardaşyandan və kök baldırlı Kelli Bruk kimi qadınlardan xoşu gəlirmiş.

Aşağıda verilmiş 4 fiqur kişilər və qadınlar üçün ideal obrazlardır.  Göründüyü kimi, qadınlar daha incə bədən quruluşuna sahib olmaq istəyirlər. Məsələn, onlar aktrisa Emma Uotson kimi arıq baldırları, Cenifer Eniston kimi kiçik sinəni, El Makferson kimi incə  ayaqları sevirlər. Kişilər isə tam əskinə – iri sinəli Kim Kardaşyanı, 34 yaşlı Kelli Brukun kök baldırlarını, aktrisa Mişel Kiqanın qarnını xoşlayırlar.

Ən böyük fərq isə üz seçimindədir. Qadınlar model Kara Delevinə oxşamaq istədikləri halda, kişilərin daha incə xətlərə sahib Meqan Foksa üstünlük verirlər.

Elə ideal kişi bədəni mövzusunda da fikir ayrılığı olub. Şəkildən də aydın olduğu kimi, kişilər Hyuc Cekmen kimi əzələli bədənə sahib olmaq istəyirlər, ancaq qadınların Bred Pitt kimi incə xətlərə sahib kişilərdən xoşu gəlirmiş. Üz quruluşlarında isə qadınlar sərt görünüşlü Cemi Dornanı, kişilər isə incə xətli sifəti olan Devid Bekhemi ideal hesab ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir