kisi

Uğurlu karyera quranların 6 əsas üstünlüyü

Baxış sayı: 1. 396
Bir çox adam məşhurların şəkillərini nümayiş etdirən parlaq jurnalları nəzərdən keçirərkən, tez-tez fikirləşmədən özlərinə sual verirlər: “Bunların uğurunun sirri nədədir?”, və qürurlarını razı salacaq cavab tapmayaraq, özlərini yalnış düşüncələrlə aldadırlar ki, uğur – insanın şəxsi keyfiyyətlərindən asılı olmayan təsadüfi olan bir şeydir.
 
Lakin əslində bu fikir yanlış bir fikirdir, çünki uğur – gündəlik öz üzərində aparılan gərgin işin kifayət qədər qanunauyğun nəticəsidir. Bu məqalədə uğurlu insanın əsas keyfiyyət göstəriciləri göstərilmişdir:
 
1. Pozitivlik
Uğurlu insanların əksəriyyəti pozitiv insanlardır, onlar tez-tez gülümsəyirlər və xırda problemlər haqqda çox düşünmürlər, bununla da onlar öz işıq saçan, müsbət enerjiləri ilə ətrafdakılarla bölüşürlər.
 
 
2. Özünə inam
Məşğul olduğun işin uğurlu olacağına olan sarsılmaz inam və seçilmiş yolun düzgün olub olmaması ilə bağlı heç bir şübhələrin olmaması. Həyat boyunca belə bir şüarla addımlamaq: yalnız qabağa, və bir addım olsa belə geriyə addım atmamaq.
 
3. Fəallıq
Öz həyatlarında mühüm dərəcədə uğur əldə etmiş insanların çoxusu öz təbiətlərinə görə hiperaktivdirlər. Onlar daimi olaraq öz şüurlarının zehni, fiziki və psixoloji bacarıqlarının sərhədlərini genişləndirirlər və bununla öz daxili “Mənlik”lərinə sərmayə qoymuş olurlar, belə insanlar heç vaxt bir yerdə durmurlar.
 
4. Səhvlər
Onlar səhvlər etməkdən qorxmurlar, çünki onlar bilirlər ki, səhvləri yalnız cəhd etməyənlər etmir və səhvlər – təcrübəyə aparan bir yoldur, təcrübə isə öz növbəsində insanı uğura doğru aparır.
 
5. Bəraətlərin olmaması
Öz hərəkətsizliklərinə bəraət qazandırmaq əvəzinə, onlar öz vaxtlarını hərəkətlərə sərf etməyə üstünlük verirlər.
 
6. Təfəkkürün çevikliyi
Heç bir zaman bayağı yollar axtarmırlar, onlar taptalanmış yolla deyil, Uğur adlı öz orijinal yolları ilə addımlamağa üstünlük verirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir