TEST

Ünsiyyət qurmaq qabiliyyətinizi yoxlayın – PSİXOLOJİ TEST

Baxış sayı: 1. 646

Biri ilə danışanda sözünü kəsirsinizmi?

A) Heç vaxt.

B) Bəzən.

C) Bəli.

 

Biri ilə danışanda üzünə baxırsınızmı?

A) Bəli.

B) Bəzən.

C) Heç vaxt.

 

Biri sizinlə danışanda qulaq asdığınızı ona hiss etdirirsinizmi?

A) Bəli.

B) Bəzən.

C) Heç vaxt.

 

Yeni tanış olduğunuz insanların adını öyrənməyə çalışırsınızmı?

A) Bəli.

B) Bəzən.

C) Heç vaxt.

 

Yeni tanış olduğunuz insanlarla rahat danışa bilirsinizmi?

A) Bəli.

B) Bəzən.

C) Heç vaxt.

 

Biri ilə danışanda sözlərdən düzgün istifadə edib-etmədiyinizə diqqət yetirirsinizmi?

A) Bəli.

B) Bəzən.

C) Heç vaxt.

 

Biri sizinlə danışanda dediklərini dinləyirsinizmi?

A) Bəli.

B) Bəzən.

C) Heç vaxt.

 

Biri ilə danışanda təbəssüm edirsinizmi?

A) Bəli.

B) Bəzən.

C) Xeyr.

 

 Biri ilə danışanda bədən dilindən istifadə edirsinizmi?

A) Bəli.

B) Bəzən.

C) Xeyr.

 

“Sabahınız xeyir”, “Axşamınız xeyir”, “Salam”, “Sağ ol” və s… kimi sözlərdən istifadə edirsinizmi?

A) Bəli.

B) Bəzən.

C) Heç vaxt.

 

Və nəticə…

 

“A” bəndi çoxluq təşkil edənlər:

Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız.

 

“B” bəndi çoxluq təşkil edənlər:

İnsanlarla ünsiyyət qurarkən nəyə (və ya nələrə) diqqət yetirməli olduğunuzu bilir, ancaq diqqət yetirməkdə çətinlik çəkirsiniz. Ancaq geridə qaldığınız sahələrdə daha çox səy göstərə və bu “çətinliyi” aradan qaldıra bilərsiniz.

 

C” bəndi çoxluq təşkil edənlər:

İnsanlarla düzgün ünsiyyət qurmaq təkcə bizim qarşı tərəfə sözümüzü (yəni fikrimizi) düzgün ifadə etməyə imkan vermir, həm də özümüzü düzgün ifadə etməyə imkan verir. Əgər başqaları tərəfindən diqqət görmək istəyiriksə, insanlarla ünsiyyətimizə diqqət yetirməliyik. Yerində danışmaq, yerində susmaq, danışarkən özümüzü düzgün ifadə etmək, qısa danışmaq, konkret danışmaq və s… bütün bunlar ünsiyyətin əsas xüsusiyyətləridir. Özümüzü ifadə edərkən “çətinliyə” düşməmək üçün isə ünsiyyət qabiliyyətimizi inkişaf etdirməliyik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir