Fazile Camalova

Uşağınız ilk dəfə məktəbə gedəcəksə, bu yazı sizin üçündür!

Baxış sayı: 573

Valideynlərin uşaqlar qarşısında sakit və gərginlikdən uzaq olması çox vacibdir. Valideynlərin emosional vəziyyəti bir növ övladlarını əks etdirir, çünki bu halda  valideynlərin sakit olması və narahatlıqlarını idarə edə bilməsi çox vacibdir.

Məktəbə başlamazdan əvvəl uşaqlara məktəb və müəllim haqqında real məlumatların verilməsi, məktəbdə bir günün necə keçəcəyini izah etmək və məktəbə əvvəlcədən baş çəkmək çox faydalı olacaq, uşaq məktəb haqqında  kifayət qədər məlumat əldə edəcək, həyacanı azalacaq.

Məktəbə yeni gələn uşaqların məktəbə asanlıqla uyğunlaşmasının ilk şərti onlara qayğı göstərən şəxslə (ana, nənə, baxıcı kimi) etibarlı bağlılıq yaratmaqdır. Məktəbin ilk günündə uşaqların qaldıqları yerdə təhlükəsiz olacaqlarını hiss etmələri çox vacib bir məsələdir.

Məktəbli forması və dərs ləvazimatları ehtiyacları üçün birlikdə alış-veriş etməkdən həzz almaq və uşağa seçim şansı vermək də uşağı məktəbə həvəsləndirəcək, uşaqda məktəb haqqında müsbət hisslər və düşüncələr formalaşdıracaq.

Məktəbə daha yaxşı  hazırlaşmaq üçün 1 həftə əvvəldən düzgün qaydalar tərtib edilməlidir. Beləliklə, uşaq ilk dərs günündə həmin qaydalara  öyrəşəcək və bu, onun üçün ilk günü daha normal hala gətirəcək və stressini azaldacaq.

Məktəbə başlamazdan bir gün əvvəl uşağa məktəbdə nə baş verəcəyini aydın və başa düşülən şəkildə izah etmək olar. Bu sayədə uşaq ilk gün qarşılaşacağı vəziyyətlərə daha hazırlıqlı olacaq və bu onu sakitləşdirəcək.

Uşaqlar üçün ilk dərs gününü mümkün qədər normal və adi etmək də faydalıdır. İlk gün üçün onlara qeyri-adi hiss etdirə biləcək hazırlıqlar etmək uşaqlarda narahatlıq və stress yarada bilər.

Məktəbə getdiyiniz zaman əvvəlcə məktəb ətrafında qısa bir tur keçirə və onları dostlarına “salam” deməyə təşviq edə bilərsiniz.

Ayrılıq narahatlığı yaşayan uşaqların bu vəziyyətlə sağlam şəkildə öhdəsindən gəlmələri üçün vidalaşmaq çox əhəmiyyətlidir. Bununla belə, vidalar qısa və emosional olmamalıdır. Bu məqamda valideynlərin vidaları ağrılı etməməsi çox vacibdir.

İlk həftələrdə məktəb və müəllim haqqında söhbət etmək faydalı olacaq. Lakin uşaqdan bu məsələlərlə bağlı məlumat almaq üsulu sorğu-sualdan uzaq olmalıdır. Burada uşağın diqqətlə və tənqid edilmədən dinlənilməsi vacibdir.

Bundan əlavə, ilk gündən valideyn-məktəb və valideyn-müəllim münasibətlərinin əhəmiyyəti də nəzərdən qaçırılmamalıdır. Zəruri hallarda həm uyğunlaşma mərhələsində, həm də gələcək mərhələlərdə qarşılıqlı məlumat verməklə birlikdə iş aparılmalıdır.

 

Fazilə Camalova

Psixoloq, refleksoloq




5 şərh “Uşağınız ilk dəfə məktəbə gedəcəksə, bu yazı sizin üçündür!

  1. Leyla Rəhoinova

    Məktəbə başlamazdan əvvəl uşaqların məktəbi və müəllimləri ilə tanış olması əslində çox vacibdir. Uşaqlara əvvəlcədən məktəbin necə olacağını izah etmək onların rahatlığı üçün mükəmməl bir yanaşmadır. Eyni zamanda, vidalaşma mərhələsindəki tövsiyələr də çox yerindədir. Uşağımın məktəbə getməyi daha asanlaşdırdım.”

    Cavabla
  2. Nazilə Rəşad

    Məqalədəki məsləhətlər çox yerindədir və mənim üçün yeni fikirlər təqdim etdi. Xüsusilə uşağın məktəbə uyğunlaşması üçün əvvəlcədən hazırlıqların əhəmiyyəti və məktəbli forması ilə dərs ləvazimatlarının seçilməsi məsələləri diqqətimi çəkdi. Bu cür məqalələr, valideynlərə uşaqlarının məktəbə başlaması prosesini daha da rahatlaşdırmağa kömək edir.

    Cavabla
    1. PSİXOLOQ Fazilə CAMALOVA FAZİLƏ

      Dəyərli oxucu, maarifləndirmə məqsədli yazdığım yazını oxuyub qiymətləndirdiyiniz və şərh yazdığınız üçün sizə təşəkkür edirəm.

      Cavabla
      1. Nazilə Rəşad

        Yazllarınızı çoxdan oxusam da, ilk dəfə şərh yazdım, amma əksər yazılarınızdan bəhrələnmişəm. Çox sağ olun

        Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir