Zumrud Haqverdiyeva

Valideynləri manipulyativ olan uşaqlar – “SEANS VAXTI”

Baxış sayı: 563

Valideynlərin davranışları uşağın inkişafı üzərində qalıcı təsirə sahibdir. Valideynlər övladlarına sevgi ötürmək istəsələr də bəziləri şüurlu vəya şüursuz şəkildə uşaqlarında dərin izlər buraxa biləcək manipulyativ davranışları olur.

 

1) Başqalarına güvənməkdə problem

Manipuıyativ valideynləri olan uşaqlar, başqalarına güvənməkdə problem yaşayırlar.

 

2) Davamlı dəstəklənmək ehtiyacının olması

Manipulyativ valideynlər övladlarına sevgi verərkən bunu şərtə bağlayırlar.  Bu vəziyyət isə uşağı davamlı olaraq başqasından təsdiq gözləməsinə səbəb olur.

 

3) Davamlı üzr istəmək

Belə valideynlərin uşaqları hər zaman səhv etdiklərini düşünürlər və lazımsız yerdə belə üzr istəyirlər.

 

4) Aşağı öz dəyəri olur

Davamlı manipulyativ yanaşma aşağı öz dəyəri formalaşdırır və öz bacarıqlarına tənqidi yanaşmasına səbəb olur.

 

5) Vəziyyəti aşırı dərəcədə analiz etmək

Uşaqlıqda davamlı manipulyativ davranışlara məruz qalan uşaq böyükdükdə baş vermiş hadisələri daha çox düşünməsinə səbəb olur.

 

6) Davamlı başqalarını məmnun etmək

Daima başqalarını məmnun etməyə çalışır və öz şəxsiyyətlərini itirirlər.

 

Zümrüd Haqverdiyeva

Peşəkar Psixoloqlar İctimai Birliyi”nin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir