su-icmek

Yemək yeyərkən su içmək olarmı?

Baxış sayı: 625

Bir çox insanlar yemək zamanı su, çay və digər içkilər içirlər.

Həkim-naturopatik Janin Bourinq məsələ ilə bağlı bildirib ki, bunu etmək olmaz.

“Yemək zamanı maye içmək həzm fermentlərini durulaşdırır. Qidaları parçalamaq üçün fermentlərə ehtiyacımız var”, – deyə həkim qeyd edib.

Su, çay və digər mayeləri yeməkdən əvvəl və ya sonra qəbul etməyin daha yaxşı olduğunu deyən həkim, həddindən artıq yeməyin qarşısını almaq üçün yeməkdən əvvəl ilıq su içməyi məsləhət görüb:

“Bu üsul həzmi stimullaşdırmağa kömək edir. Stəkana bir az limon suyu əlavə etsəniz, effekti daha çox artacaq”.

Janin Bourinqin sözlərinə görə, yeməkdən sonra az miqdarda ilıq su və ya bitki çayı içmək həzmi asanlaşdırmağa, həmçinin bağırsaq hərəkətlərini stimullaşdırmağa kömək edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir