“Gencaile.az” saytı “FotoTURist” rubrikası çərçivəsində dünyanın müxtəlif ölkələrinə virtual səyahət etmək ənənəsini davam etdirir.
“Əməkdaşımız dünyanı gəzir: FotoTURist” layihəsinin budəfəki ölkəsi Türkiyədir. Bir az da konkretləşdirsək, qardaş ölkənin İsparta şəhərindən fotoları təqdim edəcəyik. Dünyanın ən keyfiyyətli qızılgüllərinə evsahibliyi edən dünya gül yağı istehsalının təxminən 65%-ni həyata keçirən İspartaya Nərmin Şamilbəylinin obyektivindən baxacaqsınız.