optimist-pessimist

Ən qaraqəlbli BÜRCLƏR

Baxış sayı: 1. 125

Bəzi insanların həyatında həmişə göy qurşağı çıxır. Onlar hər şeyə pozitiv gözlə baxır və heç vaxt ruhdan düşmürlər. Onlardan xeyirxahlıq və saflıq duyulur. Digərləri isə əksinə, nəhəng buluda oxşayır. Bu tiplər həyatdan həmişə narazıdır, onlara yarınmaq çətindir, hətta xoş məqamlara da mənfi tərəfdən baxırlar.

“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, astroloqlar bu dəfə ən optimist və pessimist bürcləri təqdim edir:

 

Qoç

Əgər səmimi olmaq lazımdırsa, sizin pis düşüncələrə dalmağa vaxtınız yoxdur. Siz bütün günü başqa işlərlə məşğul olursunuz, daim yeni ideyalar və fikirlər axtarışındasınız. Hətta sizin ağlınıza pis fikir gəlsə də, o, tez oradan uçub gedir. Ona görə ki, beyninizdə neqativin qidalanmasına imkan vermirsiniz.

 

Buğa

Siz kifayət qədər pessimist insansınız, bu səbəbdən də insanlar sizdən qaçmağa çalışırlar. Siz çox gözəl bilirsiniz ki, pis fikirləri ürəyə salmaq ziyandır. Amma belə görünür ki, bu, sizi qorxutmur. Ümumiyyətlə, siz öz dünyagörüşünüzdən razısınız, çünki sizin şüarınız belə səslənir: “Daha az gözlənti, daha az məyusluq!”

 

Əkizlər

Siz balanslı insansınız. Əgər xoşagəlməz nəsə baş veribsə, siz qəm çəkirsiniz və neqativi göz yaşları ilə çıxarırsınız. Xoşbəxt olanda isə sevincinizi hamı ilə bölüşməyə hazırsınız. Siz həmişə istənilən şəraitə rahat və asanlıqla öyrənişirsiniz.

 

Xərçəng

Sizin qəlbiniz tünd rəngdədir, lakin bu, daha çox tünd göyə yaxındır. Kədərin içində boğulmaq əvəzinə, siz öz emosiyalarınıza qapılırsınız və düşünürsünüz. Əgər yanınızda kimsə varsa, onda bütün dərdinizi onun üstünə tökəcəksiniz.

 

Şir

Sizin qəlbiniz demək olar ki, qara rəngdir. Bu, sizi çox narahat edir və onun “ağarması” üçün bütün qüvvələrinizi səfərbər etməyə çalışırsınız. Amma axına qarşı gedə bilməyəcəyinizi yəqin ki, artıq bilirsiniz. Fikrinizi müsbətə kökləməyə çalışın, amma pis emosiyaları blok etməyin. Yoxsa günlərin bir günündə onlar sizi “yuyub aparacaq”.

 

Qız

Qəlbiniz qaraya daha yaxındır. Çünki siz çox işləyir və özünüzü başqalarına həsr edirsiniz, ona görə də özünüzə vaxt qalmır. Bəsdir. Belə çox davam edə bilməz. Bir az eqoist olun.

 

Tərəzi

Tərəzilərin qəlbi Əkizlərlə eynidir. Onlar da gah pessimist, gah da optimist olur. Tərəzilər həm dünyanən ən xoşbəxt, həm özünə qapılan psixopat ola bilər. Prinsipcə bu, pis variant deyil. Çünki onlar sevinməyə də macal tapırlar, pis emosiyaları da özlərindən çıxarırlar. Balanslı bürc hesab olunursunuz.

 

Əqrəb

Əqrəblər də qəlbi qara olan bürclər siyahısına daxil edilir. Əgər bu fikrə təəccüblənirsinizsə, deməli, siz Əqrəb deyilsiniz. Yeri gəlmişkən, bu amil onlara qətiyyən mane olmur. Öz qurbanını yuvasına salır və bundan razı qalır.

 

Oxatan

Aurası ən təmiz bürclərdən biridir. Onlar sadəcə qəzəblənməyi bacarmırlar. Onların ən yaxşı bacardığı iş dodaqlarını şişirtməkdir. Oxatan mərhəmətli və çox xeyirxah insandır. Bu səbəbdən həmin zodiak işarəsinin nümayəndələri arasında uzunömürlülər çoxdur.

 

Oğlaq

Oğlaq bürclərinin qəlbi qara olsa da, şən insanlardır. Ümumiyyətlə, onlar yalnız özləri barədə düşünür. Onlar acıqlı eqoistdir. Oğlaqlar kifayət qədər kinlidir. Hətta əgər o, sizi bağışlamış kimi görünsə də, uzun müddət hirsini ürəyində gəzdirəcək. Bu da qisasla nəticələnə bilər.

 

Dolça

Dolçalar əsasən təmiz və işıqlı insanlar olur. O, sadə şeylərdən zövq alır. Ətrafdakılar bəzən düşünürlər ki, Dolça bürcü qaşqabaqlı və bədbəxtdir. Lakin bu, çox nadir hallarda olur. Sadəcə, Dolçalar fikirlər dənizində qərq olmağı sevir.

 

Balıq

Balıqlar göylərdə uçmaq həvəskarıdır. Onlar, xüsusən mənfi fikir üzərində saatlarla, günlərlə düşünə bilərlər. Sözsüz ki, bu da onların həyatına daha çox neqativ cəlb olunması ilə nəticələnir. Bu, Balıqlara çox əzab verir, lakin onlar təslim olmurlar. Bəs onların yerinə bu barədə kim düşünəcək?

Bəs siz necə, bunlarla razısınız?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir