yabanci dad

Ətli ravioli necə hazırlanır? – “YABANCI DAD”

Baxış sayı: 661

“Gencaile.az” saytının “Yabancı dad” rubrikasında bu gün sizə İtaliya mətbəxinə aid olan ətli raviolinin hazırlanma qaydasından bəhs edəcəyik.

 

İnqrediyentlər

200 qram un

200 qram semolina

6 ədəd yumurta

½ ç.q. duz

300 qram orta yağlı qiymə

1 ədəd orta ölçülü baş soğan

½ ç.q. istiot

2 x.q. yağ (servis üçün)

Etli Ravioli

Hazırlanma mərhələsi

Əvvəlcə xəmir hazırlanır. Bunun üçün geniş bir qaba un, semonila əlavə olunur. Duz tökülür, yumurtalar tək-tək xəmirin içinə əlavə olunur, xəmir olana qədər yoğrulur. Streçə bükülür, 20 dəqiqə soyuducuda saxlanılır. İçlik hazırlamaq üçün soğan xırda-xırda doğranılır. Orta yağlı qiymə, duz, istiot qarışdırılır. Hazır olan xəmir kiçik hissələrə ayrılır. Yuxadan azca qalın olacaq şəkildə yayılır. Xəmirlərin orta hissəsinə qiyməli içlik qoyulur, kənarlar azca isladılır və bir-birinə birləşdirilir. Formalı kəsici vasitəsilə kəsilir. Sonra hamısı bir məcməyiyə yığılır, üzərləri təmiz dəsmalla örtülür və 30 dəqiqə soyuducuda saxlanılır. Dərin qazanda çoxlu su qaynadılır, ravioli makaronları 6-8 dəqiqə bu suda qaynadılır. Bişən makaronların suyu süzülür. Yağ əridilir. Əriyən yağın üzərinə suları süzülən makaronlar əlavə olunur, sotelənir. Geniş boşqabda servis edilir. İstəyə görə üzərinə cəfəri səpilə bilər.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir