8e3c0d21873505196926fc21d3d2e42a

10 yaş cavan görünmək istəyənlər üçün

Baxış sayı: 3. 093
Heç nə sizi başdan ayağa bir modelyerdən geyinmək qədər və dəli görünmək üçün üzərində çox əlləşmiş qədər yorğun və əzgin göstərə bilməz. Başdan ayağa çanta, ayaqqabı və bütün geyimləri bir mağazadan geyinmiş qadın görsəniz, 60 yaşdan yuxarı olduğuna dair bəhsə girə bilərik. Çünki onun mağazaları gəzməyə həvəsi olmur.  Alış-verişi bir mağazadan etməyə üstünlük verir. Qüsursuz görünsə də, ona qətiyyən gənc və modern demək olmaz. Pullarınızı ancaq bir modelyerə xərcləmək sizi yaşlı göstərir çünki stilinizi məhdudlaşdırır. Bu qonaq getidyiniz bir evin bütün mebellərinin və əşyalarının eyni mağazadan alınmasına bənzəyir. Kataqloqdakı evlərə bənzəyər. Əlbəttə ki, evi katolqadakı kimi dekorasiya etməkdə heç bir səhv yoxdur, lakin bu zaman stilinizə və öz fikirlərinizə yer verməmiş olursunuz. 8e3c0d21873505196926fc21d3d2e42a
Stilinizi yaradın! 
Modern və eleqant, heç kimin ağlına gəlməyən kombinasiyalar seçməklə şəxsi stilinizi yarada bilərsiniz. Buna görə də dəst geyimləri ağlınızdan çıxarın. Başdan ayağa bir-biri ilə uyğun olan geyimlər almaqdan vaz keçin. Bunun əvəzinə bu gün dəbdə olan bir neçə detal alın. Rənglərini və stilinə görə qarderobunuzda digər geyimlərlər kombinasiya edin.
 
Geyimləri rənglərinə görə seçin 
Dolabınızdakı geyimləri bir-birindən rahatlıqla ayıra bilmək üçün rənglərinə görə düzün. Mağazada satılan geyimləri yadınıza salın. Oradakı kimi eyni rəngli geyimləri səliqəli ilə qarderobunuza yığın.
 
Uzun jiletlər pencəyi əvəzləyir 
Bu dəyişik stildir və qəlib olmaq deyil. Özünə inanan və stil sahibi olmaq istəyən qadın uzun jiletin pencəyi əvəz etdiyini və hər dolabda olması gərəkdiyini bilməlidir. Eleqant görünmək üçün çox əlləşməyin çünki yaşlı görüntüdən başqa heç nə əldə etməyəcəksiniz.
 
Demode qaydalardan xilas olun və yenilərinə alışın 
Yeni dəb qaydalarını öyrənməzdən əvvəl köhnə klişeləri hafizənizdən silin. “Ayaqqabılarınızı çanta ilə uyğunlaşdırın” kimi demode qaydaları unudun getsin. Köhnə qaydaları silmək çətin olsa da, yeniliyi öyrənmək lazımdır. Bəlkə də dolabınızda kəşf etmədiyiniz nə qədər geyim var. Belədə lazımsız yerə pul xərcləməyəcəksiniz. Yeni qaydaları təqib etdiyiniz müddətdə daha az geyim alıb, qarderobunuzdakı geyimləri daha çox geyinmiş olacaqsınız. Modelyerlə artıq “Artıq heç bir qayda yoxdur” deyə bar-bağırır. Əslində, bunu deyərkən dürüst olmurlar. Köhnə qaydalar gedir, onların yerini yeniləri tutur.
 
Köhnə qaydalar
Çanta həmişə ayaqqabı ilə uyğun olmalıdır.
Qışda ağ geyinmək olmaz.
Qara rəngli geyimi göy rənglə uyğunlaşdırmaq olmaz.
Qaranın müxtəlif tonlarını bir yerdə istifadə etməyin.
Bir geyimdə iki ayrı-ayrı modelləri istifadə etməyin.
Metalik detallar ancaq gecə üçün nəzərdə tutulub.
Günlədik geyimlərdə zərgərlik əşyaları işlətməyin.
Cinslər ancaq gündəlik üçün nəzərdə tutulub.
Yeni qaydalar 
Dəst geyim sizi yaşlı göstərir.
Qışda da açıq rənglərə müracitə etməklə çox eleqant görünə bilərsiniz.
Qaranı göy və qəhvəyi rənglərlə qarışdıra bilərsiniz.
Tonlarından asılı olmayaraq, qaranı qara rənglə uyğunlaşdırıb geyinə bilərsiniz.
Metal detallar gündəlik üçün də olduqca əlverişlidir. Bu artıq yeni təbiilik sayılır.
Ayaqqabılar dəri rəngi ilə eyni ola bilər.
Cinsləri gecə dəvətlərində geyinmək olar. Hətta son dərəcə çəkici görünür.
Gündəlik geyimlərlə də artıq qızıl, gümüş işlədib sadə və zərif görünə bilərsniz.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir