Kumb Mela

12 ildən bir keçirilən, 55 gün davam edən “Kumb Mela” festivalı haqda MARAQLI FAKTLAR

Baxış sayı: 645

Hindistanda 12 ildən bir keçirilən “Kumb Mela” festivalı dünyanın ən böyük dini mərasimidir. Bu festivalı xüsusi edən hinduizmin ənənələrinə uyğun şəkildə təşkil olunması və burada milyonlarla insanın iştirak etməsidir. Məsələn, 2001-ci ildə bu festivalda 60 milyon insan iştirak edib. Beləliklə, “Kumb Mela” hamının diqqətini çəkməyi bacarıb.

“Kumb Mela”  dar ağzı olan bir qab və ya səhəng anlamına gəlir. Həm də bu söz Dolça bürcü ilə bağlıdır.

“Kumb Mela” festivalının mənbəyi Hindistan mifologiyası və hindlilərin yaradılış mifləridir. Bu dini təşkilat çox uzun bir tarixə malikdir.

“Kumb Mela” festivalı  hər 12 ildən bir qeyd olunur.  “Kumb Mela” festivalında hinduizmə mənsub olanlar müqəddəs çaylarda və göllərdə yuyulurlar.

Dini organizyon

Festival zamanı təmizlənmə üçün xüsusi tarixlər var. Əvvəlcədən təyin olunmuş bu günlərdə hinduizmə  mənsub olan insanlar müqəddəs sayılan Qanq çayı ilə Namuna çaylarının qovuşduğu yerdə mahnı oxuyur və yuyunurlar. Bu çaylarda çimməyin bədəni və ruhu təmizlədiyinə inanırlar. Bunlara əlavə olaraq, festival zamanı taxılla dolu qablar çaya batırılır. Beləliklə, taxıl və toxumlar mübarək sayılır.

Nehirde yıkanan Hindular

“Kumb Mela” festivalı dövlət tərəfindən maliyyələşdirilir. Dövlət bu festival üçün düşərgələr, çadır şəhərlər qurur və pulsuz yemək paylayır. Hinduizm dini üçün vacib olan insanlar da festivala qatılır və öz çadırlarını qururlar. Bundan əlavə, təşkilatın yerləşdiyi ərazidə nəqliyyat vasitələrinin olması da qadağandır. Gəzinti festivala qatılan insanlar üçün bir şərtdir, iştirakçılar təxminən 5-10 kilometr piyada gedirlər. Kamera və mobil telefon kimi texnoloji qurğular müqəddəs yerlərdə istifadə olunmur və alkoqollu içkiyə icazə verilmir. Bununla birlikdə, festival zamanı vegeterian qidaları istehlak olunur.

Kumbh Mela Festivali

Qeyd edək ki, növbəti “Kumb Mela” festivalı 2022-ci ildə Haridwarda keçiriləcək.

2013-cü ildə təşkil olunan festivalda 55 milyon iştirakçı eyni vaxtda Qanq çayında yuyunub.

 

Turan Oruc

Kumbh Mela Festivali




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir