yuxu

7 aya ölə bilərsiz

Baxış sayı: 1. 417

Gecələr saatlarla yata bilməmək bir çoxlarını narahat edən problemdir. Lakin adi görünən bu problem günlərlə, uzun müddət davam edərsə, bir neçə aya insanı öldürə bilər.

Dünyada 100-ə yaxın insan yuxusuzluq problemindən əziyyət çəkir. Bu insanlar özlərini gecə yuxusuna hazırlaya bilmirlər. Bunun səbəbi isə zülal səviyyəsinin pozulması və bunun beynə zərər verməsidir.

Bu vəziyyət insanlarda yuxusuzluqla yanaşı tərləmə, ürək döyüntülərinin artması, arıqlama, hətta yaddaşsızlığa səbəb olur.

Adətən orta yaşlarda başlayan xəstəlik 7 ay və ya 3 il davam edir və ölümə səbəb olur. Dünyada bu vaxta qədər yuxusuzluq xəstəliyinə tutulan ən gəncinin 16 yaşı olub.

Bu xəstəliyə tutulan 53 yaşlı kişi “yatmayacam və 8-9 ay içində öləcəm” deyib. Bir müddət sonra ölüb. Xəstəliyin səbəbini tapmaq üçün illərdir araşdırma aparılıb, sonda tapılıb. Müalicəsi isə hələ ki, yalnız antibiotiklərlə aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir