Ananas

Ananasın gözəlliyinizə 8 möcüzəvi faydası

Baxış sayı: 1. 763

Sağlamlığa bir çox faydası olan ananas, gözəlliyinizi də olduqca təsirlidir.  Tərkibində insan bədəni üçün lazımlı olan vitaminlərin çoxunu saxlayan ananas, mineral baxımından da olduqca zəngindir. Bu səbəbdən də sağlamlığa bir çox faydası vardır. Ananas yeməklərdəki zülalı həll edir. Xüsusilə ətin həzmində  təsirli olan ananas, həzm sisteminə birbaşa təsir edir və həzmi sürətləndirir. Bağırsaqların təmizlənməsini təmin edir. Eyni zamanda immunitet sistemini xərçəngə qarşı hərəkətə keçirir və gücləndirir.

Selületə qarşı:

Ananas selületə qarşı kosmetik məhsullarda də tez-tez istifadə edilir. Bunun səbəbi ananasın yağ yandırıcı xüsusiyyətinin olmasıdır. Selülit müalicəsinə köməkçi olur və sidik qovucudur.

Saç köklərini gücləndirir:

Daimi olaraq qəbul edilsə, ananas saç köklərinizi gücləndirər və tökülmənin qarşısını alır. Antioksidanlar və C vitamini baxımından zəngin olan ananas, saçlarınızın daha elastik və saç tellərinizin daha qalın olmasını təmin edər.

Diş və diş əti sağlamlığını qoruyar:

Yüksək C vitamini ilə ananas, diş və diş ətləri sağlamlığı üçün çox əhəmiyyətlidir. Dişlərin daha ağ görünməsi və diş daşlarının qarşısını almaq üçün  ananas yeyin.

Dərinizi ölü dərilərdən təmizlər:

Təzə əzilmiş ananas, dəriniz üçün ən yaxşı peelingdir. Yeniləyici xüsusiyyəti ilə, ölü hüceyrələrin təmizlənməsini, dərinizə olan qan axışının güclənməsini, bununla da dərinizin daha canlı və sağlam görünməsini təmin edər. Çatlamış ayaq topuqlarını yumşaldır.

Dərini nəmləndirir:

Dəriyə zərər verən sərbəst radikalları aradan qaldıran alfa-hidroksil turşuları və antioksidantlar ehtiva edən Ananaslı üz maskası, yaşlanmanı gecikdirir və gənc bir görünüş təmin edir.

Şiş və qırışları aradan qaldırır:

Ananası dərinizə birbaşa olaraq çəkin. Bu, sızanaqlar, ləkələr, şişləri və qızartıları aradan qaldırmaq üçün ən yaxşı yollardan biridir. Ananası dərinizə tətbiq etdikdən sonra 10 dəqiqə gözlədikdən sonra durulayın. Bu tətbiq  dəri problemlərini və qırışların meydana gəlməsini  azaldacaq. Ananas, həssas dərilər üçün də uyğundur.

Yumşaq dodaqlar:

Bir parça ananası dodaqlarınıza sürtərək, dərinizi ölü hüceyrələrdən təmizləyərək daha yumşaq və cazibədar dodaqlara sahib olacaqsınız.

Dırnaqları qüvvətləndirər:

Quru əllər, çatlamış dırnaqlar və dırnaq ətlərindən şikayətçisinizsə, ananasdan faydlanın. Ananas bədəninizdəki hər hansı bir vitamin əskikliyini həll edəcək, bu da dırnaqlarınıza və dırnaq ətlərinizə sağlamlığını geri qazandırır. Ananas suyu içmək daha faydalıdır.

Qara nöqtələrlə mübarizə aparır:

Bir pambıqla ananas suyunu problemli bölgələrə tətbiq edin və bir neçə dəqiqə sonra yuyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir