yorgunluq

Yorğunluğunuzun 7 əsas səbəbi

Baxış sayı: 1. 943

Yorğun hiss edirsiniz və nədən qaynaqlandığını bilmirsiniz? Aşağıdakı maddələrdən biri və ya bir neçəsi sualınızın cavabı ola bilər.

1. Stul və ya kresloda uzun müddət oturmaq

Uzun bir müddət eyni pozisiyada oturmaq enerjinizi azalda bilər. Tv izləyərkən və ya kompüter istifadə edərkən belə bu vəziyyət yarana bilər. Çünki bədəniniz, hərəkətsizliyi yatmaqla bir tutur.

2. Pis duruş, enerjini boş yerə xərcləyər.

Bədəni dik halda tutmağa çalışılarkən böyük miqdarda enerji xərclənir. Pis duruş ( önə əyilmə və ya sallanma) onurğanın düzlüyünü pozur. Onurğanın tarazlığı  nə qədər pozularsa, əzələlər də bunu konpensasiya etmək üçün o qədər enerji xərcləyər.

3. Çox aşağı kalorili dietalar yorğunluğa səbəb olur.

Artıq kilolardan qurtulmaq enerjinizi artırar, amma bunu çox aşağı kalorili dietalar yolu ilə etmək sizə kömək etməz. Bu dietalar, xüsusilə günlük qəbulun 850 kaloridən az olduğu dietalar sizi daha da yorğun edəcək, hətta sağlamlığınıza başqa cür də təsir edəcək.

4. Davamlı olaraq qapalı mühitlərdə olmaq.

Evdən işə, işdən evə olan bir həyat tərzi, xüsusilə soyuq qış aylarında asanlıqla mənimsənə bilir. Amma təmiz havadan və günəş işığından kifayət qədər yararlanmamaq digər bir yorğunluq səbəbidir.

Həll yolu: Gündə ən az bir dəfə 10 dəqiqəlik piyada gəzintiyə çıxın. Hava buludlu olsa belə, daha çox günəş işığı alacaq və təmiz havadan faydalanacaqsınız.

5. Bulka kimi karbohidrat səviyyəsi çox olan yeməklərlə səhər yeməyi yemək.

Karbohidrat səviyyəsi çox olan yeməklər, qan şəkərinin bir anda yüksəlməsinə səbəb olur. Lakin 1-2 saat içində də qan şəkərində ani bir enmə yaşanır. Nəticə? Enerjiniz qalmadığı üçün bitkin hala gəlirsiniz.

Həll: Səhər yeməyi günün ən önəmli yeməyidir. Bu yeməyi keçirmədən, lif və protein baxımından zəngin olan qidalarla səhər yeməyinizi yeyin.

6. Davamlı narahatlıq, enerjinizi yox edər.

Əgər gün boyu bir şey haqqında qayğılansanız, ürək döyüntülərinizin sürəti  və təzyiqiniz yüksələcəyi üçün, əzələləriniz daralacağından  yorğunluq ortaya çıxacaqdır.

Həll: Narahatlıqlarınızı həll etmək üçün bir az zaman ayırın. Pozitiv çözümlər üzərində düşünməyə çalışın və sonra narahatlıqlarınızı zehninizdən qovun. Bir vəzifə və ya bir tapşırığı səhər ilk iş olaraq edin ki, bütün günü bunun haqqında narahatlıq keçirməyin.

7. Qış günləri bitkinliyi artırır.

Günün qısa olduğu qış vaxtı yuxu-oyanıqlıq dönməsi pozula bilər. Qışda daha az günəş işığı alınması səbəbiylə yuxuya getmə hormonu olan melatonin daha çox istehsal olunur. Bu da yuxulu bir hala səbəb olur.

Həll: Qış günlərində mümkün olduğu qədər bayıra çıxmağa çalışın, bol meyvə və tərəvəz yeməyə diqqət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir