Bir siyahı hazırlayın ya da varsa yeniləyin
Enerjiniz aşağı olanda, hər şeyi beyninizdə planlaşdırmaq çətin olur. Ona görə sizi hərəkətə keçirə biləcək, sizi motivasiya edəcək bir siyahı hazırlayın və buna bağlı qalın. Hətta əgər mümkündürsə hər günə yeni bir siyahı hazırlamaq daha yaxşı olacaqdır.
Yerinizi dəyişdirin
Bir marketdə edilən araşdırmaya görə su rəfləri kassirə daha yaxın bir yerə gətirildikdən sonra su satışlarında 28% bir artım olduğu müəyyən olunmuşdur. İnsanların motivasiya olması da əslində eyni vəziyyətə əsaslanır. Vərdişləri bir az dəyişdirərək motivasiyamızı artırmaq çox gözəl bir üsuldur. Yəni yataqda yatırıq, masada çalışırıq, mətbəxdə yemək yeyirik. Bu vərdişləri biraz dəyişdirərək, motivasiyamızın hansında daha çox olduğunu tapa bilərik.
Hərəkətli musiqilər dinləyin
İdman salonuna gedən insanların böyük əksəriyyəti hərəkətli musiqi dinləyir. Bunun səbəbi hərəkətli musiqinin zehni olaraq enerjili hiss etdirməsidir. Musiqiyə həm psixi, həm də fiziki olaraq reaksiya veririk.
Meditasiya edin
Qolumuzu yarım dəqiqəlik yuxarı qaldırdığımız zaman belə dərhal endirib dincəldirik. Bəs eyni vəziyyət beynimiz üçün də keçərli deyilmi?.. Saatlarla çalışan beyni istirahət etdirməyin ən gözəl yolu da meditasiya etməkdən keçir.
İş yoldaşlarınızla danışın
Özünüzü çox yorğun və ya gərgin hiss etdiyiniz zamanlarda bir az fasilə verin və iş yoldaşlarınızla bir qəhvə için. Başqalarıyla danışmaq sizi stressdən uzaq tutacaq və hərəkətə keçirəcəkdir.
Enerji verici yeməklər yeyin
Beynin yanacağı qlyukozadır. Yediyimiz şeylər birbaşa olaraq performansımıza təsir göstərdiyi üçün enerji verici yeməklər yemək, motivasiyamızın artmasına faydalı olacaqdır.
Fiziki hərəkət edin
İdman salonuna gedib idman edərək ya da qısa gəzintilərlə iş stresindən bir anlıq da olsa uzaqlaşa bilərsiniz. Belə zamanlarda enerji səviyyəniz yüksələr və iş qabiliyyətiniz də artar.
Şirniyyat yeyin
İndiyə qədər edilən bir çox araşdırma şirniyyatların beyni rahatlatdığını sübut edir. Burda diqqət etməli olduğumuz nöqtə isə günün hansı saatında nə qədər şirniyyat yediyimizdir.