İsmayil Ahmad

Keçmişə sədaqət, yoxsa uydurma əfsanə? – Ismayıl Əhməd yazır

Baxış sayı: 2. 403

Uşaqlıqdan hər birimiz qədim dünyanın sirr və əfsanələri ilə maraqlanmağa  başlayırıq. İnsanda tarixə belə bir marağın olması onu müstəqil fənn olaraq    yaradılıb dərsliklərə salınmasına səbəb olur. Və söhbət tarixdən düşdükdə    nədənsə ağla ilk gələn Qədim Roma  və  Qədim yunan  tarixi  olur. Bu  səbəbdən  də din və  millətindən  asılı  olmayaraq  dünyanın  bütün  yerlərində  bu  iki  qədim   sivilizasiya diqqətlə mütaliə olunur və hər dəfə alimlər tərəfindən yeni-yeni  maraqlı  mülahizələr,  nəzəriyyələr  irəli  sürülməyə  başlanır.

XVIII əsrdən etibarən antik dövrə olan maraq bəşəriyyətin xüsusi diqqət  mərkəzində olmağa  başlayır.  İbtidai tədris mərhələsi sona  çatar-çatmaz  şagirdlər  tarix  kitablarında  Qədim  Roma  və Qədim  yunan  tarixini  mütaliə  edir,  onların  tanrılarının, imperatorlarının apardıqları müharibələri, filosoflarının adlarını   öyrənir və Roma kimi qədim şəhərlərin  salınma tarixi  ilə  yaxından  tanış  olmağa  başlayırlar. “Gencaile.az” saytının “bilDİN” rubrikasında sizə  dünyanın  qədim  və  əsrarəngiz  şəhərlərindən  olan   Romanın tarixini və  bu  məsələyə  artan  marağın səbəblərini  açıqlayacağıq.

Kitabxanalarda səliqə ilə düzülən kitablara nəzər saldıqda insana elə gəlir ki, I  insanlıq  tarixi  də  onların  içində  beləcə  səliqə-sahmanla  düzülmüş  və  hər  biri  öz  yerində  qərar  tutmuşdur. Və  bir  çox  hallarda bizə elə  gəlir  ki, əldə etmək   istədiyimiz  hər bir məlumat barədə əsaslı tarixi faktlar  var. Amma hər bir ciddi tədqiqatçıya bunun belə olmadığı məlumdur. Çünki həmin tarixi hadisələrin  böyük  əksəriyyəti əsaslı sənədlər üzərində deyil, uydurulan əfsanələr üzərində  yazılıb.

Petrarka  və  Roma

Bir çox tarixi hadisələrin əfsanələr üzərində yazıldığını Qədim Roma tarixçisi  Fraçesko Petrarkanın yazdığı tarix də deyir. O, Qədim Romanın ilk   tədqiqatçılarından biri hesab olunur. Petrarka Romanın xarabalıqlarını gəzib diqqətlə araşdırdıqdan sonra Fransaya, Almaniyaya səfərlər edir, oradakı qədim  məbədləri nəzərdən  keçirməyə  başlayır  və  burada  o,  antik  dövrə  aid  yazıçı  və tarixçilərin unudulmuş əlyazmalarını axtarmağa  başlayır. Amma  Qədim  Roma  abidələri onda daha çox  maraq  oyadırdı.  Bunun üçün də o, yenidən  Əbədi şəhərə  (Romaya) qayıdır və burada onu çoxsaylı əfsanələrlə tanış olur. Məsələn,  Appalonun astroloq, saraçinlərin (Qədim Romada xalq) tanrısı və iblis,    Əflatunun həkim, Çiçeronun isə cəngavər və trubadur  (opera sənətçisi)  olduğunu öyrənir. Və bütün bunlar, təbii olaraq, Petrarkanı qıcıqlandırmaya bilməzdi.  Çünki  bu  məlumatlar onun  antik  dövr  barədə olan təsəvvürlərilə  üst-üstə  düşmürdü,   eyni zamanda Petrarkanın  gördükləri ilə  tamamilə  zidd  idi.  O  yazırdı: “Termo,    Diaklitiyan, Marsın  intiqamını  alan  Çiblio (Qədim Roma imperatorları)  və karakallar haradadırlar görəsən?! Kapitoliyadakı Yupiter, Appalonun Palatinadakı  abidəsi hardadır?! Kitablarda hər nə desən tapmaq olur. Şəhərlərdə axtardıqda isə  baxıb görürsən ki, onlar ya ümumiyyətlə yoxa çıxmış, ya da kiçik izləri   qalmışdır”. Həmçinin qeyd etmək lazımdır ki, Petrarka  gerçəkliyi  qəbul  etməkdə  son dərəcə həssas olub və hər zaman gerçəkliyin təqdim olunmasına üstünlük  verirdi. Bunun  üçün də bir zamanlar Roma haqqında etdiyi  təsəvvürləri  dəyişmək ona olduqca çətin  idi. Petrarka yalnız onun nəzərində həqiqətə uyğun olan əfsanələri qəbul edirdi. Amma buna baxmayaraq özündən sonra Qədim Roma  barədə  əmin  olduğu  hər hansı  bir  məlumat  qoymur.

Kapitoliya  canavarı

Romanın Romul və Rem qardaşları tərəfindən salınması hamıya məlumdur.  Əfsanəyə görə, Romul ilə Remi dişi canavar əmizdirir. Həmin klassik hekayə  Romada Kapitoliya muzeyində saxlanılan tunc heykəl ilə sərgilənmişdir.   Tədqiqatçı  heykəltəraşlar heykəlin  eramızdan əvvəl   V  əsrdə  hazırlandığını  qeyd edirlər. Maraqlıdır ki,  onlar  V  əsrə  yalnız  canavarın  heykəlini  aid  edirlər. Onun  altındakı  əkizlərin  heykəlləri  isə  rəsmi  ehtimala  görə,  eramızın  1471- 1509-cu illərində hazırlanıb. Belə çıxır  ki,  canavar  iki  min  ildən  artıq  müddət  ərzində tək dayanıb. Eramızın XV  əsrində  Antonio  del  Poliolo  adlı   heykəltəraş   canavarın altında    Bəs nə  üçün  tarixçilər  canavarın  heykəlini  eramızdan əvvəl  V əsrə aid  edirlər?  Belə  ehtimal  olunur  ki,  heykəl  barədə  antik  dövr tarixçiləri Çiçeron, Pleiy və Titliviy əsərlərində məlumat vermişlər. Və ehtimal olunur ki, həmin  vaxtlar  heykəl  indinin  özündə  nümunəsi  yerləşən  Kapitoliya  təpəsinin  üzərində qoyulmuşdu. Bir  halda ki, həmin tarixçilərin  verdikləri  məlumatlar  bu  gün  təqdim olunan təsvirlərlə heç də  uyğun  gəlmir. Qədim Roma tarixçiləri  yazırdılar: Canavar əkizlərin üzünü yaladığından üzü onlara tərəf çevrilmişdi. Deməli söhbət  ümumiyyətlə  başqa  bir  heykəldən  gedir.  Və   tarixçilər  heykəlin  ilkin görünüşü barədə eramızın IX əsrinə Benedik keşişlərindən biri ilə əlaqələndirirlər.  Bir  halda ki, heykəl  Kapitoliya  muzeyinə yalnız  1473-cü  ildə   IV papa Sikstin göstərişi  ilə  gətirilib. Kapitoliya  canavarı  hazırlandığı  vaxtdan  bu günə qədər bir dəfə də olsun bərpa edilməyib. Lakin 1997-ci  ildə  Romanın  incəsənət  əsərlərinə  nəzarət  edən  yerli özünüidarəetmə  orqanı  heykəli bərpa  etmək  qərarına  gəlir.  Təmir-bərpa  işləri  üç  il davam  edir. İşlər  başa  çatdıqdan  sonra təmir  işlərinə  rəhbərlik  edən  Anna  Mariya  Karruba  qeyri-adi  açıqlama  verir: “Məşhur  Kapitoliya  canavarı  orta  əsrlərdə antik  üsul  ilə  deyil,  o dövrə  aid tam fərqli  üsul  ilə hazırlanıb”. Anna Mariya bunu antik dövrlərdə tunc  heykəllərin hissələrlə hazırlanması və sonradan bir-birinə bitişdirilməsi  ilə sübuta  yetirir.  Bir halda ki, Kapitoliya canavarı birdəfəyə əridilərək  qəlibə  tökülüb. Bu üsuldan  isə  eramızın  VIII  əsrindən  sonra  istifadə  edilməyə başlanıb. Bu üsul kilsə  zənglərinin  hazırlanması  ilə  inkişaf  etdirilir. Belə  ki,  zənglər  hissə-hissə  hazırlansaydı, lazımi  səsi  verə  bilməzdi. Bunun üçün də  onlar  birdəfəyə  xüsusi  qəliblərə  tökülərək hazırlanırdı. Heykəlin yaşının min beş yüz il artırıldığını  başqa  bir üsul ilə də – istifadə edilən tuncun  tərkib  hissəsini  analiz  etməklə də sübuta yetirmək olur. Belə ki, heykəlin hazırlanmasında istifadə edilən tuncun tərkib  hissəsi analiz olunduqdan sonra onun eramızdan əvvəl petruskilərin zamanına  deyil, İsa peyğəmbərdən  5-6 əsr  sonraya aid olduğu məlum olur. Heykəlin orta   əsrlərdə hazırlandığını başqa bir fakt da sübuta yetirir. Belə ki, tarixçilər   apardıqları müahidələrdən belə qənaətə gəlirlər ki, Qədim Roma incəsənət  məktəbinə  hakim  olan  qanunlardan  biri  də  bütün  sənət  əsərlərinin  təmir-bərpa  işlərindən sonra mövcud vəziyyətlərinin kətan üzərinə köçürülməsi olub.  Kapitoliya  canavarı  barədə  belə  rəsm  əsəri  isə  yalnız  X  əsrdə  meydana  gəlir.   Kapitoliya canavarı  tarixçilərin  etruskilərin (eramızdan əvvəl Romada yaşamış xalq) dövrünə  aid  etdikləri  yeganə  sənət  əsəri deyil. Belə  ki, tuncdan hazırlanan  digər heykəllər həmin dövrə  aid edilsə də  sonradan onların antik dövrə  deyil, orta  əsrlərə aid olduğu məlum olub. Lakin təəssüflər olsun ki, bu vaxta qədər  Kapitoliya canavarının  orta  əsrlərə  aid  olduğunu  sübuta  yetirəcək   sənəd  əldə  etmək mümkün olmayıb. Buna görə də heykəlin tarixini dəyişməyə həvəs  göstərilmir.  Əgər  tarixçilər  inadkarlığı kənara qoyub bu vaxta qədər sadiq  qaldıqları  tarixi  qanun  və  sənədlərin  nöqsanlı olduğunu  etiraf  edərlərsə,  həm  Kapitoliya, həm də  digər  sənət  əsərlərinin  antik  dövrə  deyil,  orta  əsrlərə  aid    olduğunu  qəbul  edərlər.

Mark  Avreliy 

Antik dövr ilə əlaqələndirilən sənət əsərlərindən biri də Romanın mərkəzi  küçələrindən birində qoyulan Mark Avreliyə məxsus atlı heykəlidir. Müasir  tarixçilər belə  hesab  edirlər ki,  Mark  Avreliyin heykəli  eramızın 166-180 illər   arasında (yəni  II  əsrdə) düzəldilib. Lakin  XIII əsrin sonu XIV əsrin əvvəlində  yaşamış  Rikabald  və  Esfirare  kimi  tarixçilər  heykəlin  papa  III   Klimentinin göstərişi   ilə  düzəldiyini  qeyd ediblər. Bir  halda ki, III  Klimenti  heç də  II  əsrdə deyil,  XII  əsrdə  yaşayıb. Amma  Rikobaltdan neçə  əsr  sonra  Roma  tarixi  ilə məşğul olan tarixçilərə  belə  bəyanat  heç də xoş gəlmir. Onlardan  biri də  XIX  əsr  alman tarixçisi  Ferdinand  Qreqorovius  olur. O  yazırdı: İmkanların  o  qədər  məhdud  olduğu  bir  dövrdə  orta  əsrlərdə romalılar belə möhtəşəm  sənət  əsərləri  yarada bilməzdilər. Tarixçinin məntiqinə əsaslansaq,  antik dövrlərdə  də  romalılar  heç nəyə  qadir  olmamalı  idilər. Bir halda ki, romalıların bacarığından xəbər  verən sənət əsərlərindən biri də Mark Avreliyin tuncdan olan heykəli olur.    Avreliyin  heykəlinin  tək  hazırlanma  tarixi  deyil, kim tərəfindən və kimin göstərişi ilə hazırlandığı və nəhayət,  onun   Qədim  Romada  harda yerləşdirildiyi  dəqiq  məlum deyil. Bunu müəyyən  etmək  hələ ki, mümkün  deyil. Lakin  heykəl  barədə başqa mühüm məqam da ortaya çıxır. Bu, heykəlin orta əsrlərdə   xristianlığa dəstək olan Müqəddəs Qriqoriyə aid olub və bunun sayəsində  saxlanıldığınıdır. Çünki orta əsrlərdə kilsə sənət əsərlərinə qarşı çıxar və onları  məhv  edərdi.  Yəni  heykəlin bu günə  qədər  saxlanmasına  səbəb  onun  Mark   Avriliyə  deyil, Müqəddəs  Qriqoriyə  məxsus  olduğunu  güman etmələri  olub. Və  hələ də heykəlin kimə  məxsus  olduğu   məlum  deyil. Onun  postamenti  isə  XVI   əsrdə Mikelancelo tərəfindən hazırlanıb. Əslində isə məsələ çox  sadədir. Belə  ki,  XV  əsrdə Bartalemeo İsaki  kitabxanasında saxlanılan  sikkələr  nəzərdən keçirilir.   Sikkələrdən  birinin üzərindəki  kişi  şəkli  Mark  Avreliyə  oxşadılır  və  beləcə heykəlin də ona məxsus olduğu na qərar verilir. Bəli, bəzən mühüm tarixi  abidələr  beləcə  sadə  ehtimal  ilə təsdiq  olunur  və  tarixə  çevrilir.

Ardı  var…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir