qadin

“Ərimdən bezmişdim…” – Tovuzda itkin düşən gəlin

Baxış sayı: 2. 124

Məlum olduğu kimi, iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində müəmmalı şəkildə itkin düşən 27 yaşlı Aytəkin Quliyeva tapılıb.

O, dünən Bakının Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında kameralarda görünüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları nəticəsində A.Quliyevanın qaldığı yer müəyyən edilib və tapılıb. A.Quliyeva hazırda Tovuz Rayon Polis Şöbəsində dindirilir.

A.Quliyevanın atası Məzahir Quliyev azvision.az-a qızının ərindən və onun ailə üzvlərindən bezdiyi üçün qaçdığını deyib.

“Aytəkin hazırda polis bölməsində dindirilir. Onunla bir-iki dəqiqəlik görüşüm oldu. Qızım evdən bezdiyi üçün qaçdığını dedi. Bildirdi ki, əri onu tez-tez döydüyündən evdən qaçmaq qərarına gəlib. Əri, qayınanası Aytəkini bezdirirmiş. Qızım çarəsizlikdən evdən qaçıb. Allaha çox şükür ki, qızım sağ-salamatdır, ona heç nə olmayıb. Qızımı bir daha o evə göndərməyəcəm. Son nəfəsimə kimi, qızıma və onun uşaqlarına baxmağa hazıram”.

Xatırladaq ki, Tovuz rayonunun Öysüzlü kənd sakini, iki uşaq anası 27 yaşlı A.Quliyeva iyunun 14-də evdən çıxıb və bir daha geri qayıtmamışdı. Qadının ailəsində münaqişə yaşadıqdan sonra evi tərk etdiyi bildirilirdi.

Gəlinin ölümündə ittiham olunan qayınatası Məzahir Əhmədov Aytəkin Quliyevanın başqa bir oğlana qoşulub qaçdığını bildirmişdi: “Şübhələndiyimiz bir məqam var. Bir dəfə mən gəlinin əlində telefon tutmuşdum. Hansı ki, onun mobil telefonu yox idi. Soruşdum ki, kimin telefonudur. Dedi ki, qonşu qızınındır. Polis həmin qızdan ifadə aldı. O, bildirdi ki, telefon onun yox, Aytəkinin olub. Aytəkin onu məcbur edib ki, desin telefon mənimdir. Qonşunun qızı polisə ifadəsinə Aytəkinin gizli telefon işlətdiyini deyib. Bu insan gizli telefonu nə üçün işlətsin ki? Normal ana uşaqlarını atıb qaçmaz. Çox güman ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də həmin oğlana qoşulub qaçıb. Polis əməkdaşları bu iddianın inandırıcı olduğunu bildirirlər. Yalanın, oğurluğun ömrü qırx gündür. Bunun da üstü mütləq açılacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir