eynek

Gün eynəyini belə seçin – TÖVSİYƏ

Baxış sayı: 1. 923

Yayda hər kəsin ən çox istifadə etdiyi aksessuar sözsüz ki, gün eynəyidir. Bəs gün eynəyini düzgün seçim edərək alırıqmı? “Gencaile.az” Aile.lent.az-a istinadən düzgün gün eynəyi seçimi ilə bağlı məsləhətlər təqdim edir.

Gün eynəyinin mütləq “ultrabənövşəyi şüaların qarşısını almaq” özəlliyi olmalıdır. Belə özəlliyi olmayan eynək sadəcə işığın çox keçməsinin qarşısını alır. Bunun isə heç bir faydası yoxdur, əksinə, zərər verir. Çünki rəngli şüşə taxılanda göz bəbəyi kiçilməz. Beləcə, zərərli ultrabənövşəyi şüa göz içinə bol miqdarda düşər.

Hər gün eynəyi ultrabənövşəyi şüaların keçməyinin qarşısını almır. Odur ki, eynəklərin keyfiyyətli və sertifikatlı olması əhəmiyyətlidir.

Çərçivə də önəmlidir

Çərçivə seçmək təbii ki, zövq, estetika, dəb işidir. Amma çərçivə də məqsədə uyğun olmalıdır. Zərərli şüalardan qorunmaq üçün çərçivənin ətrafından gözə işıq minimum səviyyədə düşməlidir. Bu səbəbdən şüşənin gözə yaxın yerləşimli olması çox yararlıdır.

Keyfiyyətli gün eynəyini necə tanıyaq?

– Şüşənin rənginin tünd, ya da açıqlığından əlavə, ultrabənövşəyi şüaların qarşısını alıb-almadığı vacibdir.
– Şüşənin rəngi homogen (hər yerdə eyni), ya da grade (dərəcəli) olmalıdır.
– Eynəyi taxan zaman bulanıq görməməlisiniz, detallar itməməlidir.
– Eynəyi hərəkət etdirdiyiniz zaman görüntü hərəkət etməməlidir.
– Şüşənin üzərində etibarlı qeydiyyat məlumatı olmalıdır.

Onu da qeyd edək ki, gündəlik həyatda zamanımızın çoxunun ev və ofisdə keçdiyini nəzərə alsaq, göz sağlamlığı üçün düzgün təbii işıqlandırmanın da nə dərəcədə əhəmiyyətli olduğu danılmazdır. Yanlış işıqlandırılan otaqda uzun müddət qalmaq gözdə yorğunluğa, quruluğa, baş ağrısına səbəb ola bilir.

Ofislərdə istifadə olunan işığın otağın hər tərəfinə homogen paylanması vacibdir. İş səthinin parlaqlığının baxılan obyektin parlaqlığının ən az üçdə biri qədər olmasına diqqət etmək lazımdır. Bu səbəblə ofislərdə ümumi işıq verən işıqlandırmalar, fluoressensiya və ya kompakt floresanlı lampaların seçilməsi məsləhətdir. Halogen və spot kimi birbaşa işıq verən işıqlandırmalar isə yalnız vurğulanmaq istənən nöqtələrdə istifadə olunmalıdır.

Stolüstü lampaya diqqət!

Uşağın çalışma masasındakı lampanın gün işığı kimi, bütün rəngləri doğru göstərməsi göz sağlamlığını qorumaq və yorulmadan işləyə bilmək baxımından önəmlidir. Az işıqda və ya halogen olmayan işıqlanma altında uzun müddət dərs edən uşağın gözləri tez yorulur. Bu durum oxuduğunu yaxşı görə bilməmək, tez bezmək və zəif qavramaq kimi nəticələrə yol aça bilir. Odur ki, uşağın dərs etdiyi ortamın düzgün işıqlandırılmasına və işığın birbaşa gözlərinə düşməməsinə diqqət edin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir