bosanma

“Sınmış ürəyi” sağaltmağın yolları və ya boşanmanı necə stresssiz keçirmək olar?

Baxış sayı: 2. 060

Boşanma prosesi gözlədiyinizdən də ağır keçmişdirsə, depressiya həftələr, aylar və hətta illərlə davam edə bilər.

Depressiyanın yaranması səbəbləri çox zaman  ondadır ki, boşanma istər- istəməz həyatınızı dəyişir, üstünüzə «boşanmış» və ya «tənha» yarlığını asır. Boşanmadan sonra ətrafdakılar sizi başqa cür qavramağa başlayır. Bəzi qadınlara yeni həyata başlamaq üçün qüvvə tapmaq çox çətindir. Keçmiş ər ilə yerinə yetirməyə vərdiş etdiyiniz sadə, gündəlik işlər – misal üçün, mağazaya getmək – yaşanmış faciəni xatırlada bilər.

Böyüklər boşanma ilə barışsalar da, uşaqlar valideynlərinin ayrılmasını tədricən bilsələr, yaxşıdır. Boşanmadan sonra, əvvəllər olduğu kimi, həyat yoldaşınız ilə  uşaqlar barədə söhbət etməyinizin mümkün olmadığına vərdiş etmək çətindir. Şübhəsiz ki, seyrə çıxaraq, ağac altında ailəvi dincəlmək  və ya istirahət günlərində şam ziyafətləri kimi kiçik ailə sevinclərinin çatmadığını hiss edəcək və öm- rünüzün sonuna qədər ola bilməyəcək («əgər belə olsaydı»…) hadisələr haqqında düşünəcəksiniz. Bu hallar baş verməsin deyə, boşanmanı ağrısız keçirmək və bu xoşagəlməz vəziyyətdən minimal itkilər ilə çıxmağı öyrənin.

Sınmış ürəyi sağaltmağın və boşanmanı stresssiz keçirməyin ən yaxşı üsulu – baş verənlər üzərində dayanmamaq və yaşamağa davam etməkdir.

Çox zaman ailə həyatı kino və ya teatra getmək, qiraət etmək kimi  maraqlı məşğuliyyətlərə vaxt ayırmağa imkan vermir.  Öz yeni vəziyyətinizi pozitiv cəhətdən qiymətləndirmək və keçmiş ərinizin buna münasibəti haqqında düşünməyərək, çoxdankı arzularınızı reallaşdırmaq üçün vaxt və imkanın yaranması barədə düşünməyə çalışın. Boşanmanı  asan keçirməkdə sizə arzuladığınız məzuniyyət – dəniz kruizi, Avropa səyahəti və ya ekzotik xarici ölkələrə etdiyiniz səfər kömək edə bilər. İndi azad olduğunuz üçün öz çoxdankı arzularınızı həyata keçirməyin əsl vaxtıdır. Boşanma xoşagəlməz haldır, lakin o, hələ ölüm hökmü deyil, bəlkə də, gözəl, xoşbəxt və azad olacağınız yeni həyat vəsiqəsidir.

BOŞANMA ZAMANI BİR NEÇƏ MƏSLƏHƏT
Könüllülük əsasında işləyən hər hansı kluba üzv olun, yeni hobbiyə yiyələnin, – yəni, sizi əyləndirə və əhvalınızı yaxşılaşdıra biləcək və bütün qüvvənizi sərf edə biləcəyiniz məşğuliyyət tapın. Özünüzü qiymətləndirməyi artıran və boşanmanı unutmağa kömək edəcək bir məşğuliyyət tapın. Özünüzə təkrar edin: «Mən kifayət qədər azad bir qadınam. Mən çox şeylərə layiqəm. Mən – güclü şəxsiyyətəm və istədiklərimə nail olacağam».

Bərpa olunmaq üçün zaman gərəkdir, odur ki, tələsməyin. Tənhalıq sizi üzür və düşüncələrinizdə həmişə ailə həyatına qayıtmağa vadar edirsə, vaxtınızın çoxunu dostlar və hətta tanımadığınız insanlar arasında keçirməyə, misal üçün, parkda gəzməyə, mağaza və yarmarkalara getməyə  çalışın.

Heç zaman dörd divar arasına qapanmayın. Əlacsızlıqdan sıxıldıqda, rəfiqənizə zəng edərək, onu kafeyə bir fincan qəhvə içməyə dəvət edin. Tənhalıqda dərd çəkməkdənsə, keçmiş həyat yoldaşınızı rəfiqəniz ilə müzakirə etmək daha yaxşıdır. Bütün səylərə baxmayaraq, özünüzü ələ ala bilmirsinizsə, köməyə görə psixoterapevtə, ailə həkiminə   müraciət edin, yaxud, qrup şəklində aparılan terapiya seansına yazılın.  Normal həyata qayıda bilməmək problemi zaman ötdükcə kəskinləşə bilir, bundan başqa, ola bilsin ki, vəziyyətinizin səbəbi tibbi problemdir, demək, dərman ilə müalicəyə tabedir.

BOŞANMA VƏ UŞAQLAR
Boşanma nəinki ər-arvad cütlüyü, onların uşaqları üçün də çox güclü bir stressdir. Boşanma və uşaqlar  ayrılmaz anlayışdır. Təəssüf ki, ailə çəkişmə məngənəsində boğularkən, uşaqlar da kənarda qalmır.  İradəsinə zidd olaraq, uşaqlar çox zaman valideynlərin birinin xeyrinə  seçim etmək məcburiyyətində qalırlar, bu isə, onlarda qüssə, çaşqınlıq, çarəsizlik, tənhalıq və hətta amansızlıq hissi yaradır.  Uşaqlara elə gəlir ki, valideynləri onları atmış və onlara xəyanət etmişdir.

Boşanma zamanı əziyyət çəkən məhz uşaqlardır. Valideynlərinin boşanmasından sonra onların həyatı kökündən dəyişir. Hətta boşanma  həll olunmaz vəziyyətdən yeganə və ən xeyirli çıxış yolu olsa belə, övladınız onu tamamilə başqa cür qəbul edəcək.

Uşaqların valideynlərə qarşı məhəbbəti möhkəm ailənin rahat mühitində bəslənir və valideynlər bu övlad məhəbbətini qorumağa çalışmalıdırlar. Odur ki, sənədlərinizi boşanmaya təqdim etməzdən əvvəl qərarınızın uşağa necə təsir edəcəyi haqqında düşünün. Bəzi hallarda boşanma qalmaqallı ailə münaqişələrinin şahidi olan və qeyri-sağlam qəzəb və aqressiya mühitində böyüyən uşaq üçün də lazımdır.

BOŞANMA UŞAQLARA NECƏ TƏSİR EDİR?
Aydındır ki, uşaqlar boşanmanı faciə hesab edirlər, onlar üçün bu, böyük stressdir, axı uşaqlar hər iki valideynlərini sevir və onları birlikdə görmək istəyirlər. Çox zaman uşaqlarda narahatlıq hissi yaranır – birdən, valideynlərim məni tək qoyar? Mənim günahım nədir? Bəlkə, onlar mənə görə boşanır? Bəs dostlarım nə deyər? Axı mən nə edim?

Uşaqların boşanma prosesinə qarşı reaksiyası  çox gözlənilməz ola bilər. Depressiya, özünə qapılma, kədər və yuxusuz- luq boşanmanın uşaqlara təsir edə biləcəyi bəzi nəticələridir.

Uşaqlarda səksəkə və lazımsızlıq hissi yaranır. Valideynlərdən birinin uzun müddət olmaması, uşaqda kədər və düşkünlük hissi yarada bilər.

Bir sözlə, uşağın boşanmaya qarşı reaksiyasını əvvəlcədən bilmək çətindir. Ata və ya ana ayrılıqda uşağa maddi yardım göstərmək iqtidarında olmaya bilər, odur ki, boşanma uşağa birbaşa təsir edir.  Valideynlərin ikinci nigahı əlavə çətinliklər törədir, çünki uşaqlar valideynlərinin ikinci həyat yoldaşlarını heç də həmişə qəbul etmirlər.

VALİDEYNLƏRƏ TÖVSİYƏ


Valideynlər bilməlidirlər ki, uşaqlar çox zaman onların davranış stereotiplərini təqlid edirlər. Uşaqlıq  dövründə uşaqlar böyüyür və yeniliklərə yiyələnirlər və böyüklərin keçirdiyi həyəcan və stressləri keçirmək üçün onların vaxtı yoxdur. Hər iki valideynin borcu – uşağın inkişafı üçün sağlam atmosfer yaratmaqdır.

– Yeni vəziyyət və bir valideyn ilə yaşamağa öyrəşmək üçün uşağa vaxt verin. Baş vermiş bütün dəyişikliklərə uyğunlaşmaq üçün ona zaman lazımdır.

– Uşağa əvvəlcədən söyləyin ki, boşanmanızda onun heç bir günahı yoxdur. Adətən, valideynlərin boşanmasından sonra uşaqlarda səbəbsiz günah hissi yaranır.

– Boşanma heç də valideyn məsuliyyətini azaltmır. Uşaq üzərində qəyyumluq almasanız belə, onunla mütləq görüşməli, ona qayğı və diqqət yetirməlisiniz.

– Heç bir zaman uşağı sizə tərəfdar çıxmağa vadar etməyin və onu öz didişmə və fitnələrinizə cəlb etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir