Azərbaycan qızlarının “Cehizin varmı?”, və ya “cehizlərin hazırdımı” cümləsini eşitməmiş olanı yoxdur.
Bu cümlələri balacalıqda arada bir eşitsən də evlənmə evlilik yaşına yaxınlaşdığında daha çox eşidəcəksən.
Bes cehiz nədir?
Cehiz, köhnə zamanlarda yalnız kişilər işlədiyi üçün evlənəcəkləri qızın evliliyə maddi köməyi olaraq adlanırdı. Hətta qız uşağı olan ailələr balacalıqdan başlayar, evlilik yaşına qədər qızlarına cehiz üçün müxtəlif əşyalar toplamağa başlayadırlar.
Ənənəvi olaraq, bunlar güpür süfrələr, işləməli dəsmallar, yastıqlar və digər əl əməyi ilə hazırlanan
əşyalardan böyük əşyalara qədər davam edərdi. Amma indi gəlinlərin əksəriyyəti modern və praktiki əşyalara üstünlük verirlər, buna görə də ailələr qızları üçün pul yığıb öz zövqlərinə uyğun cehiz almasını məqsədə uyğun hesab edirlər.
Stressdə olmağınıza ehtiyac yoxdur. Cehiz hazırlığı edərkən bir siyahı hazırlayın, bu işinizi olduqca
asanlaşdırcaq. Qabyuyan maşın və soba kimi vazkeçilməyən əşyaları birinci olaraq almalı, termos və saxlama qabları kimi əşyaları isə ikinci mərhələdə.
1-ci mərhələdə
- Qabyuyan maşın
- Soba
- Qab-qacaq dəsti
- Qaşıq-bıçaq dəsti
- Qazan-tava dəsti
- Stəkan/Fincan dəsti
- Çaynik-çaydan dəsti
2-ci mərhələdə
- Toster
- Kahve Makinası
- Türk kahvesi makinası
- Ədviyyat qab dəsti
- Saxlama qabları
- Şirə çəkən, mikser, blender kimi mətbəx əşyaları
- Soba əlcəkləri
- Tort/keks bişirilən qablar
- Süzgəc, termos kimi mətbəx əşyaları
- Şərab stəkanları və s.
Elektronika
Elektronikada əsas ehtiyac olan əşyalar individualdır. Buna görə də siyahını 2-yə bölmədən yazırıq.
- Ütü
- Paltaryuyan maşın
- Tozsoran
- Fen, saç alətləri
Ev tekstili
- Pərdələr
- Mətbəx, yataq otağı, hamam, zal üçün xalı və kilimlər
- Hamam dəsti
- Böyük və kiçik dəsmallar
- Süfrələr
- Yataq örtükləri,
- Ütü masası
Yataq otağı
Cehiz siyahısında yataq otağına aid nə varsa hər biri qız evinin alacağı əşyalardır
- Yataq dəsti
- Çarpayı
- Xalça
- Pərdə
- Yorğan və yastıqlar və s.
Bu sıralamaya istədiyin şəkildə başlaya bilərsən. Fikrimizi soruşsanız, büdcə olaraq ən çox yeri əhatə edən mətbəx və yataq otağından başlamağınızı tövsiyə edə bilərik. Sonra isə ev tekstili və digərlərinə keçə bilərsiniz.
Hətta istəsəniz, bir çoxlarının etdiyi kimi ən önəmli ehtiyaclardan başlayaraq digərlərini isə evlilikdən sonra ala bilərsiniz. (Menimtoyum.az)