usaq

Boşanan qadınlara MESAJ: uşağı atasından məhrum etməyin

Baxış sayı: 1. 543

İnsanlar bir araya gəlib bir-birlərini sevərək evlənirlər. Evlilik gözəl davam edirsə, problemlər yaranmır. Lakin davam edə bilmədikdə, sevgi bitdikdə, mübahisə, dava-dalaşlar artdıqda cütlüklər yollarını ayrılmalı olur. Bəziləri evliliyi davam etdirə bilməyəcəyini düşünərək boşanır. Bəziləri isə mübahisə və dava-dalaşlarla dolu evliliyini bitirmir. Bunu da övladları üçün etdiklərini deyirlər. Çünki uşaqlarının kədərlənməsini istəmirlər, övladlarını ana-atasız qoymaqdan qorxurlar. Amma bəzən əsəb məntiqdən önə keçir.

Təəssüf ki, bəzi analar uşaqlarını ataları ola-ola onları atasız qoyur. “Gencaile.az” Aile.lent.az-a istinadən türkiyəli psixiatr Sabri Yurdakulun bu haqda fikirlərini təqdim edir. Psixiatr deyir ki, boşandıqdan sonra qadınlar həyat yoldaşlarına hirsli olurlar. Özləri görüşmədikləri üçün uşaqlarının da ataları ilə görüşməyini istəmirlər: “Analar ataları cəzalandırarkən əslində uşaqlarını cəzalandırdıqlarının fərqinə varmırlar. Uşaqlar anaları istəmədiyi üçün atalarını görməyi arzuladıqlarını bildirmirlər. Lakin bu, onların ruhi inkişafına mənfi təsir edir. Ataları üçün darıxırlar, onu görmək üçün daxilən əziyyət çəkirlər. Kişi nə qədər pis də olsa o, uşağınızın atasıdır. Həyatda səhv etmiş olsalar da, uşaqları ilə cəzalandırmaq məqsədiniz onlara pis təsir edir. Belə davam etməklə analar uşaqlarını ata sevgisindən məhrum edirlər. Bu isə bütün həyatı boyu uşağı birtərəfli edir. Uşaqlarınızı atalarından məhrum qoymayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir